İslam Kərimovun şok vəsiyyəti açıqlandı: HAKİMİYYƏTİ KİÇİK QIZINA VERİB

05 sentyabr 2016
İslam Kərimovun şok vəsiyyəti açıqlandı: HAKİMİYYƏTİ KİÇİK QIZINA VERİB
Özbəkistan prezidenti İslam Kərimov öz siyasi varisinin adını açıqlayıb. Savash.org virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə məşhur özbək politoloq Usman Haknazarov Özbəkistan Xalq Hərəkatının girişinə məhdudiyyət qoyulmuş saytında məlumat yayıb.

Politoloqun verdiyi informasiyaya görə, İ.Kərimov öz varisinin adını hələ bu il aprelin sonunda Kuksaray iqamətgahında keçirdiyi müşavirədə açıqlayıb. Həmin iclasda yüksək rütbəli məmurların məhdud çevrəsi iştirak edib. “Prezident Kərimovun açıqladığı adı ilk olaraq Milli Təhlükəsizlik Xidmətinin şefi Rüstəm İnoyatov, daxili işlər naziri Ədhəm Əhmədbayev, baş nazir Şavkat Mirziyayev və baş nazirin birimci müavini Rüstəm Əzimov eşidiblər” – deyə U.Haknazarov yazır. Politoloqun sözlərinə görə ki, 77 yaşlı İslam Kərimov müşavirə zamanı deyib ki, o, yaxın 5 ildə öz yerini “bütün maraqlı tərəfləri qane edəcək daha gənc və enerjili varisə verməyi faydalı sayır”.

“Hesab edirəm ki, mənim hakimiyyəti ağrısız və təhlükəsiz şəkildə ötürməyə münasib bildiyim adam sizi də qane edəcək. Məncə, biz Lolanı (İslam Kərimovun kiçik qızı-red.) prezidentliyimin son dönəmində bu missiyaya tədricən hazırlasaq, siz də buna qarşı çıxmazsınız. Qulidən (Kərimovun böyük qızı Gülnarə Kərimova-red.) fərqli olaraq Lolanın diplomatik bacarığı, təmkin və ciddiyyəti var. Beynəlxalq aləmdə də nüfuz sahibidir” – deyə politoloq özbək prezidentinin sözlərini sitat gətirir.

U.Haknazarov daha sonra bildirir ki, İ.Kərimov həmin müşavirədə indiki siyasi elitanın taleyi məsələsinə də toxunub. Politoloqun sözlərinə görə, İ.Kərimov həmin müşavirədə üzünü məmurlara tutaraq belə deyib: “Prezident postunun Lolaya verilməsi bizim aramızda əldə edilmiş bütün anlaşma və razılaşmaları qüvvəsində saxlayacaq. Mən ilk növbədə güc strukturlarının sonrakı fəaliyyətini nəzərdə tuturam. Baş nazir və onun I müavini də vəzifələrində qalacaqlar. İndiki siyasi elitanın üzvləri və onların yaxınları da öz immunitet və imtiyazlarını qoruyub saxlayacaqlar”.
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook