Ərdoğan Putindən Suriyaya qoşun yeritməsini istədi

07 sentyabr 2016
Ərdoğan Putindən Suriyaya qoşun yeritməsini istədi
Türkiyə Suriyada “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Rusiyadan və başqa ölkələrdən yerüstü hərbi dəstək istəyib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.

“İŞİD-ə qarşı mübarizə üçün yaradılmış koalisiyada 65 dövlət təmsil olunur. Ancaq son 3 il ərzində onların hamısı bir dənə də olsun terror təşkilatını məğlub edə bilməyib. Çünki vahid strategiyaları olmayıb. Koalisiya bizə əməliyyatları aparmaqda havadan kömək edib və biz Rusiyadan və digər ölkələrdən xahiş etdik ki, bizə yerüstü əməliyyatların aparılmasında da dəstək versinlər”,- deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatında deyilir.

Nazir onu da əlavə edib ki, terrorçu təşkilatlara yalnız bu halda üstün gəlmək olar.

“Terrorçuların Türkiyədə törədikləri qanlı və böyük teraktlardan, eləcə də ərazilərimizi davamlı atəşə tutmalarından sonra biz “Fərat Qalxanı”əməliyyatına başladıq və sərhədləri bağladıq. Biz bunu təklikdə etmədik. Bizə havadan koalisiyanın aviasiyası kömək etdi. Amma biz əvvəlcədən də demişdik ki, problemi təkcə hava zərbələri ilə həll etmək olmaz”, - deyə Çavuşoğlu vurğulayıb.

O xatırladıb ki, “Suriyadakı terrorçulara qarşı yerüstü əməliyyatlarda hər cür kömək göstərməyə hazır olduğunu Ankara lap əvvəldən bəyan edib”.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook