Vaqif Abdullayev tələbələrə hədiyyə vermək üçün direktorlardan pul yığdırır?

09 sentyabr 2016
Vaqif Abdullayev tələbələrə hədiyyə vermək üçün direktorlardan pul yığdırır?
Beyləqan İcra Hakimiyyətində daha bir qalmaqal

Beyləqan mətbuatda ən çox tənqid olunan rayonlardan biridi. Az qala hər gün rayonda baş verən hadisələrlə bağlı məlumatlar dərc olunur, rəhbərliyin yol verdiyi nöqsanlar ictimaiyyətin diqqətinə çatdırılır. Amma nə icra başçısı Vaqif Abdullayev, nə də digər məmurlar öz əməllərindən əl çəkmir.

Bu gün MilliYol.Az-ın elektron poçtuna Beyləqanla bağlı daha bir maraqlı məlumat daxil olub. Məktubda sentyabrın 6-da rayon Mədəniyyət Mərkəzində icra başçısı Vaqif Abdullayev, Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmov və Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev iştirak etdiyi görüşdə ali məktəblərə qəbul olunmuş tələbələrə verilən hədiyələrlə bağlı ilginc fakt qeyd olunur.

Müəllif yazır ki, icra başçısı tələbə adını almış şəxslərə təqdim etdiyi hədiyyələr üçün məktəb direktorlarından məcburi şəkildə 150-300 manat pul yığdırıb. Bu pulla hədiyyələr alan Vaqif Abdullayev onları öz adından gənclərə bağışlayıb.

Əslində bu hadisəyə ilginc demək olmaz. Çünki Azərbaycan reallığında icra başçılırının məktəb direktorlarından və büdcə təşkilat rəhbərlərindən müxtəlif bəhanələrlə pul yığdırması adi hala çevrilib. Hətta bu addımı atan icra başçılarının reytinqini hazırlasaq, Vaqif Abdullayev şübhəsiz ilk "onluq"da yer alar.

Mətbuatda yayılan, bu günə qədər təkzib olunmayan məlumatlara görə, bəzi icra başçıları büdcə təşkilatlarının rəhbərlərinə aylıq "haqq" qoyub. Məhz bu məlumatlardan sonra Vaqif Abdullayevin məktəb direktorlarından pul yığdırması barədə xəbərlər inandırıcı görünür.

Onu da qeyd edək ki, mətbuatda Vaqif Abdullayevin Xuraman Rüstəmovadan Təhsil Şöbəsinin müdiri olmaq üçün 70 min manat alması barədə də xəbərlər yayılmışdı.

Qeyd edək ki, məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətinin münasibətini öyrənə bilmədik. İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

Facebook