“Neftçi” öz qapıçısını məhkəməyə verdi

12 sentyabr 2016
“Neftçi” öz qapıçısını məhkəməyə verdi
"Neftçi" futbol klubu keçmiş qapıçısı Saşa Stamenkoviçin hazırkı klub rəhbərliyinin futbolçulara çatan pulları mənimsəməsi ilə bağlı səsləndirdiyi ittihamları rədd edir.

"Keçmiş qapıçı Saşa Stamenkoviçin klub rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Bundan əlavə, futbolçu anlamalıdır ki, o qədər ciddi bəyanatlar səsləndirərkən onu fakt və sübutlarla əsaslandırmaq lazımdır”.

Bu barədə klubun eksklüziv olaraq virtualaz.org-a göndərilmiş bəyanatında deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, bütün sadalananları nəzərə alaraq klub rəhbərliyi prokurorluğa və məhkəməyə müraciət etməklə bağlı qərar qəbul edib: “Heç kəs heç vaxt "Neftçi" futbolçularından aldığı maaşın yarısını tələb etməyib, heç kim futbolçularla onlara çatan pulu bölməyib. "Neftçi" Saşa Stamenkoviçlə də bütün hesablaşmalarını edib və biz serb qapıçısının bu bəyanatının niyə meydana çıxmasının səbəblərini anlamırıq. Son zamanlar klubda yaranan çətin vəziyyəti nəzərə alsaq, belə yalan məlumatların yayılması ən azı çaşqınlığa səbəb olur”.

Xatırladaq ki, şənbə günü “Qəbələ”yə 0:8 hesabı ilə məğlub olan "Neftçi” azarkeşlərin və futbol ictimaiyyətinin tənqidinə məruz qalıb. Komandanın məğlubiyyətindən sonra klub Vəli Qasımovun başçılığı ilə məşqçilər qərargahının, inzibati heyətin əvəz ediləcəyi, oyunçuların və klub əməkdaşlarının maaşlarının təkrar gözdən keçiriləcəyi, həmçinin mükafat və bonusların ləğv ediləcəyi ilə bağlı qərar vermişdi.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook