Binəqədi İcra Hakimiyyətini rüsvay edən fakt: vətəndaşdan rüşvət istədilər, o rüşvəti səhvən başqasına verdi və...

14 sentyabr 2016
Binəqədi İcra Hakimiyyətini rüsvay edən fakt: vətəndaşdan rüşvət istədilər, o rüşvəti səhvən başqasına verdi və...
Bakıda qeyri-adi hadisə baş verib. Binəqədi rayonunda ev tikmək üçün rüşvət verən şəxs pulu səhvən başqasına verib. İndi isə həmin məbləği kimə verdiyini bilmir və adamı da tapmaq müşkülə çevrilib.

“Qafqazinfo”ya müraciət edən Eldəniz Müslümov başına gələnləri danışıb. O bildirib ki, Binəqədi rayon icra hakimiyyətində tikinti işlərinə baxan Ramin adlı şəxslə danışıb ev tikmək üçün razılıq alıblar: “Bunun qarşılığında mən Raminə 3 min manat verəcəkdim, o da göz yumacaqdı. Danışıqları isə bacanağım Cəmşid Novruzov aparırdı. Avqustun 12-də köməkçisi Ariflə əlaqə saxlayıb Raminin telefon nömrəsini aldıq, “055”lə dedi. Bacanağım həmin nömrə ilə danışdı, o adam da dedi ki, qardaşım oğlunun ad günündəyəm, başqa bir nəfər göndərəcəyəm, pulu gətirib “Karl Marks körpüsü”nun yanındakı “Azpetrol”da ona verin. Biz orda gözlədik, arxa seriyası “392” olan ağ rəngli maşın gəldi, içində 2 cavan oğlan vardı. Pulu onlardan birinə verdik, o da dedi Naxçıvandan, Düdəngi kəndindəndi, adı Ramaldı. Biz orda həmin “055”lə olan nömrəyə zəng etdik, dedi hə, Ramalı mən göndərmişəm, bu da pulu götürüb getdi. Bizə də əvvəldən deyilmişdi ki, sabah, yəni şənbə günü evi tikməyə başlayaq. Pulu verəndən 1-2 saat sonra Ramin bacanağıma zəng edib deyib ki, hələ sabah işləməyin, gedim idarədə pulu çatacağı yerə verim, günortadan sonra başlayın. Altıncı gün də dedi ki, bu gün idarədə adam yoxdu, birinci günə qalsın. Bu danışıqlar hamısı “055”lə olan nömrə ilə aparılıb.

Birinci gün bacanağımla Binəqədi İcra Hakimiyyətinə getdik. Ramin dedi ki, siz nə mənə zəng etmisiz, nə də pul vermisiz, o nömrə mənim deyil, mənim nömrəm “050”lədir, qalanı eynidi.

Biz 7-ci Polis Bölməsinə gedib şikayət yazdıq, müstəntiq “055”lə olan nömrəyə zəng etdi, o da dedi “Bərdədəyəm, gələn həftə gələcəyəm”. Gələn həftə də dedi, anası ölüb, gələ bilmir. Bundan sonra iş Polis İdarəsinə göndərildi. Orda da Cəmşiddən təzədən ifadə alıblar, məni də çağırdılar, əsəbimdən getmədim, dedim bölmədə ifadə vermişəm. Pulu aparan adamı axtarmırlar, biz onsuz da ortadayıq, ancaq bizi dindirirlər.
Bizim şikayətimiz odur ki, istintaq aparılmır, araşdırılmır, kamera görüntülərinə baxılmır”.

“Qafqazinfo” qeyd edilən nömrə ilə əlaqə saxlayıb. Özünü Şirxan Paşayev kimi təqdim edən şəxs bu hadisə ilə heç bir aidiyyatının olmadığını deyib: “Mənə heç kim pul verməyib. Nə də Ramal adlı tanışım var. Bu işlə bağlı neçə dəfə polisdən zəng vurublar. Əvvəl Bərdədə xeyir işdə idim, sonra da anamın vəziyyəti ağırlaşdı. Amma bundan sonra mən Bakıya gəlib 7-ci bölməyə getdim. Dedilər iş idarədədir, ora da getdim, dedilər müstəntiq özü xəstədi, xəstəxanada yatır. Nə vaxt çağırsalar, yenə də gedəcəyəm. Mən bu nömrəni 15 ildir işlədirəm, son 3-4 ayda belə zənglər gəlir. Biri zəng edib torpaq almaq istədiyini deyir, biri deyir hamam tikim, biri deyir ev tikim. Hər zəng edənə də demişəm ki, qardaş, “050” ilə yığın. Bu adamlar da həmin gecə neçə dəfə zəng etdilər, dedim Ramin deyil, simə yığın. Onlar da qayıdıb mənə deyir ki, “Ramin sən niyə belə edirsən? Biz qohumuq, söz danışmışdıq”. Deyirəm səhv yığmısız, yenə zəng edirlər. Mənim heç qardaşım yoxdu, necə ola bilər onun oğlunun ad günündə olum? Mən də istəyirəm bu məsələ aydınlaşsın. Ramini də tanımıram. Ona da neçə dəfə demişəm ki, nömrəsini satsın mənə, bu məsələ həll olsun”.
Xəbəriniz olsun

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

19.09.2018 - Ölkədə növbəti güclü böhran dalğası gözlənilir - İqtisadçı ekspertdən təhlükəli xəbərdarlıq

18.09.2018 - İlham Əliyev: "Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir"

18.09.2018 - Putin Ermənistanda Köçəryan və Sarkisyanla görüşəcək

18.09.2018 - “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

18.09.2018 - Azərbaycanda direktorla müəllimlər saçyolduya çıxdılar – Video

18.09.2018 - İranda Xəzər dənizinin adını dəyişirlər

18.09.2018 - Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

18.09.2018 - Ata və oğul birləşib idmançını öldürdü – Sumqayıtdakı qətlin təfərrüatı

18.09.2018 - Baş redaktor tanımadığı şəxs tərəfindən təhdid olunur-FOTO

Facebook