Ağdaş sakini anasının gözü qarşısında özünü güllələdi

16 sentyabr 2016
Ağdaş sakini anasının gözü qarşısında özünü güllələdi
Faktla bağlı cinayət işi açılıb.

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Savash.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini 1980-ci təvəllüdlü Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb.

Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Sonradan yaralının vəziyyəti ağırlaşdığı üçün reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. İlkin məlumata görə 35 yaşlı Qurban Mirzəquliyev spirtli içki aludəçisi olub. O, içkili vəziyyətdə anasının gözü qarşısında özünə qəsd edib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook