Səlim Müslümov nazirliyi necə tayfalaşdırdı: qaynı və yeznəsi vəzifə başında…

17 sentyabr 2016
Səlim Müslümov nazirliyi necə tayfalaşdırdı: qaynı və yeznəsi vəzifə başında…
“Dövlət Sosial Müdafiə Fondu (DSMF) ləğv edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tərkibinə daxil edildikdən sonra, burada yaranmış qeyri-müəyyənlik nəticəsində bir müddət pensiyaçıların hesablarından vəsaitlərin mənimsənilməsi halları səngimişdi Lakin bu vəziyyət uzun çəkmədi”. ƏƏSMN daxilində gedən proseslərdən xəbərdar olan mənbə belə deyir. Onun “AzPolitika.info”ya ötürdüyü məlumatlarda daha sonra iddia edilir ki, bu nazirlikdə kadrların təyinatında “hörmət” əsas rol oynadığından, hər bir vəzifə sahibi ilk növbədə verdiyini çıxarmaqla məşğuldur: “Artıq sentyabr ayından korrupsiyanın yeni mərhələsi başlayıb. “Yığıma” bir müddət fasilə verildiyindən, faiz nisbətləri də qaldırılıb. Əgər əvvəllər 50%-lə vətəndaşlar canlarını qurtarırdılarsa, indi 60 və daha yüksək faiz dərəcələri müəyyənləşdirilib”.
Məlumatlı mənbə qeyd edir ki, pensiya qanunvericiliyində vətəndaşların pensiya məbləğinin məhdudiyyət qoyulmadan ödənilməsi nəzərdə tutulsa da, nazirliyin rəsmiləri tərəfindən pensiyaların təyin olunması zamanı qanunun bu maddəsi təhrif olunur: “Belə ki, əgər pulun 50, 60 bəzən hətta 70 faizi nağd şəkildə geri qaytarılarsa, həmin pul tam olaraq ödənilir”.
ƏƏSMN-də korrupsiya hallarının artması, nazirliyin vəzifəli şəxslərinin hətta pensiyalara belə tamah salması, ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirilir: “Rəsmi statistikaya görə, ölkə üzrə təxminən 500 minədək iş yeri bağlanıb və bu da DSMF üzrə daxilolmaların azalmasına səbəb olub. Qanuna görə, vəsaitlərinin bir hissəsini bisnes qurumlarından, müəssisə və təşkilatlardan daxilolmalar hesabına formalaşdıran qurum, hazırda nəzərdə tutulmuş məbləğin heç 50 faizini belə toplaya bilmir. Lakin buna baxmayaraq, sosial sığorta ödəyicilərinin və dövlətin vəsaitləri heç bir qanun və norma gözlənilmədən talanır”.
Məlumatlı şəxs eyni zamanda nazir Səlim Müslümovun “Dövlət Qulluğu Haqqında” Qanunun tələblərini pozduğunu iddia edir: “Qanuna əsasən yaxın qohumlar tabeçilik münasibətində işləyə bilməz. Lakin Səlim Müslümovun qaynı DSMF-də ən mühüm «korrupsiya ocağı» kimi tanınan Hərbi Departamentin rəisidir. Bacısının həyat yoldaşı isə DSMF-nun Nəsimi şöbəsinin müdiri vəzifəsində işləyir. Bundan əlavə nazirlikdə qanunun qadağan etdiyi hallar üzrə tabeçilik münasibətlərində olan bir çox şəxslərin – o cümlədən Aparat rəhbəri Əjdər Cəbiyevin yaxın qohumları mühüm vəzifələrdə işləyir”.
Məlumatda DSMF sistemində “Ağsu klanı”nın formalaşdığı və onların bir-birilə yaxınlığından istifadə edərək, öz qanunsuz hərəkətlərini davam etdirdiyi bildirilir.
P.S. Yazıdakı məlumat və iddialarla bağlı Nazirliyin və adları çəkilən şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook