Azərbaycanda sahibkarlara kömək üçün “ABAD” yaradıldı

23 sentyabr 2016
Azərbaycanda sahibkarlara kömək üçün “ABAD” yaradıldı
Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayb.

Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılacaq.

“ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçiriləcək:

2.1. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;

2.2. “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;

2.3. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;

2.4. istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;

2.5. istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;

2.6. istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;

2.7. layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;

2.8. istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.

Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 milyon manat ayrılıb.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook