Elçibəyin illər öncə dedikləri oldu, Eldar Sabiroğlu təsdiqlədi

24 sentyabr 2016
Elçibəyin illər öncə dedikləri oldu, Eldar Sabiroğlu təsdiqlədi
Oğlu həbs olunduqdan sonra məhkəmə ədalətsizliyindən bəhs edən Eldar Sabiroğlunun keçmişi ilə bağlı maraqlı fakt ortaya çıxıb. Belə ki, təxminən 20 il əvvəl Əbülfəz Elçibəy prezident Heydər Əliyev haqda işlətdiyi fikrinə görə Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilmişdi. O zaman Eldar Sabiroğlu Heydər Əliyevin içtimai müdafiəçisi qismində rəsmi olaraq məhkəmə prosesində iştirak edib. Həmin Prosesdə baş verənləri isə E.Sabiroğlu moderator.az-a danışıb:

“Məhkəmədə çıxışlarım da olmuşdu. Mən bunları danmıram… Sosial şəbəkələrdə yayılan bu məlumatda müəllif bildirir ki, guya ki, tez-tez Əbülfəz Elçibəyin çıxışlarını kəsir, ona danışmağa imkan vermirdim. Bax burası tamam uydurmadır. Bir şeyi xatırlatmaq istəyirəm ki, məhkəmədə bir çıxışım zamanı Əbülfəz Elçibəy geri dönərək mənə bu sözləri dedi: “Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”. Ağır və sərt sözlər idi. Lakin Əbülfəz Elçibəyə söz qaytarmadım. Ürəyimdə isə onun bu ittihamına mənasız və acıqlı münasibət kimi yanaşdım. Bu tarixin bir dərsi idi…”
Xəbəriniz olsun

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

Facebook