“Akif Çovdarov kiməsə mesaj ötürür ki, məni qurtar, daha dözə bilmirəm...” - AÇIQLAMA

28 sentyabr 2016
“Akif Çovdarov kiməsə mesaj ötürür ki, məni qurtar, daha dözə bilmirəm...” - AÇIQLAMA
Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general Akif Çovdarovun səhhəti ilə bağlı yaydığı bəyanat gündəmin başlıca mövzularındandır. Xərçəng xəstəliyindən əziyyət çəkdiyini, öd kisəsinin və limfa vəzilərinin amputasiya olunduğunu iddia edən MTN generalı istənilən an ölə biləcəyini diqqətə çatdırıb.

Maraqlıdır, görəsən A.Çovdarovun bu açıqlaması nə qədər həqiqətə uyğundur və sabiq rəisin təhdid dolu bəyanatlarının alt qatında hansı qaranlıq məqamlar dayanır?

Savash.org-un mövzuyla bağlı suallarını cavablandıran kriminalist ekspert İlqar Altay Akif Çovdarovun verdiyi mesajların pərdəarxasına diqqət çəkib:

“Akif Çovdarovun çoxsaylı cinayət törətməsi, dövlətə başağrısı yaratması ortadadır. Həm də unutmaq olmaz ki, o, “təcrübəli ” bir adamdı. O, bu cür açıqlama verməklə ya özünü müdafiə etməyi, cəzasının yüngülləşdirilməsi və həbsxana şəraitinin dəyişdirilməsini istəyir, ya da kiməsə mesaj göndərir ki, “məni qurtar, daha dözə bilmirəm”. Düşünürəm ki, onun hər an ölə biləcəyi haqda sonuncu mesajının məqsədləri bunlardan ibarət ola bilər”.

Bununla belə ekspert hesab edir ki, Akif Çovdarovun sağlamlıq durmunun necə olması mütəxəsislərin rəyindən sonra məlum olacaq: “Bu adam uzaqda deyil ki və onun iddialarını həqiqətə uyğun olub- olmamasını yoxlamaq çox rahatdır. A.Çovdarovun xərçəng xəstəsi olub –olmamasını yoxlaya bilən ixtisaslı insanlar var. Onlar hər şeyi müəyyənləşdirəcək. Yəni, Akif Çovdarovun dedikləri hər şey demək deyil, bu iddia yoxlanılmalıdır. Belə açıqlamalarla can qurtarmaq asan olsaydı, hər həbsxanaya düşən xərçəng xəstəsi olduğunu deyib azadlığa çıxardı”.

Orxan
Savash.org
Xəbəriniz olsun

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

21.06.2018 - İranla sərhəddə atışma: General təcili Cəlilabada getdi

21.06.2018 - Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

21.06.2018 - Bir qrup əmanətçinin 100 milyon manata yaxın pulunu mənimsəyən bankir tutuldu

21.06.2018 - “Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...” - Mövlud Çavuşoğlu

Facebook