Roma Papasının Gürcüstana və Azərbaycana səfəri başlayır

30 sentyabr 2016
Roma Papasının Gürcüstana və Azərbaycana səfəri başlayır
Roma Papası Fransisk bu gün Gürcüstan və Azərbaycana üç günlük səfərə başlayır.

Vatikanın mətbuat xidməti xəbər verir ki, səfər zamanı pontifik hər iki ölkənin siyasi və dini liderləri ilə görüşəcək.

Bu gün günortadan sonra Papa Tbilisiyə çatacaq. Hava limanındakı rəsmi qarşılanma mərasimindən sonra Fransisk Prezident sarayına gedəcək və Gürcüstan dövlət başçısı Giorgi Marqvelaşvili ilə görüşəcək. Görüşdən sonra Papa və prezident Prezident Sarayının həyətindən hökumət, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələrinə müraciət edəcək.

Oktyabrın 1-də Papa Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirəcək. Liturgiyadan sonra Müqəddəs Ata Gürcüstandakı katolik kilsənin keşişləri və xidmətçiləri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında dini lider Tbilisidən Bakıya gələcək. Onun Azərbaycana səfəri Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində dini ayinlə (messa) başlayacaq. Ardından pontifikin Azərbaycan Prezidentiİlham Əliyevlə görüşü, Şəhidlər Xiyabanına getməsi, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislamAllahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşləri planlaşdırılır.

Elə həmin gün axşam Fransisk Vatikana qayıdacaq.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş