Sumqayıtda damdan yıxılan fəhlənin qanı batır: Günahkar Fəzail Hüseynov cəzalandırılacaqmı?

05 oktyabr 2016
Sumqayıtda damdan yıxılan fəhlənin qanı batır: Günahkar Fəzail Hüseynov cəzalandırılacaqmı?
Sumqayıtda yağışlı havada 5-ci mərtəbədən yıxılmış iki fəhlədən biri xəstəxanada keçinib, o biri reanimasiyadadır.

AzToday.az xəbər verir ki, sentyabrın 28-də baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də məlumat yayıb. Məlumatda deyilir ki, Sumqayıt şəhəri ərazisində Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev fəhlə işlədikləri evin damında təmir işləri apararkən (beşmərtəbəli binadan) yıxılıblar. İ.Musayev hadisə yerində ölüb. Araşdırma aparılır.

Maraqlıdır ki, rəsmi məlumatda olayla bağlı heç bir xəbər verilmir. Fəhlələrin hansı şirkət tərəfindən və hansı işə cəlb olunduğu haqda da məlumat yoxdur.

Qeyd edək ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı ölkə rəhbərinin əlavə tədbirlər haqqında sərəncamı olmuşdu və bununla bağlı büdcədən xeyli miqdarda vəsait ayrılmışdı. AzToday.az xəbər verir ki, bu işlərin görülməsi üçün məsul şəxs Sumqayıt şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynovdur.

Rəsmi məlumatda şirkət adının çəkilməməsi də qaranlıq mətləblərdən xəbər verir. İlk növbədə bir fəhlənin ölümü, birinin isə ciddi xəsarət alması ilə nəticələnən hadisə əməyin təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasından xəbər verir. Bu işə nəzarət etməli olan Əmək Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin də burada məsuliyyəti az deyil. Bununla belə Fəzail Hüseynovun adıçəkilən qurumları rəsmiyyətdə aldatmasının da üstü bu hadisədən sonra üzə çıxmış olur. Bu baxımdan Əmək Müfəttişliyinin və hüquq mühafizə orqanlarının hansı addımları atacağı maraqla gözlənilir.

Bundan əlavə ölümlə nəticələnən hadisə zamanı şirkət adının açıqlanmaması şübhələri artırır. Əgər, prezident sərəncamı ilə Sumqayıt şəhərin yaşayış binalarının dam örtüyünün dəyişdirilməsinə pul ayrılırsa, burada mütləq tender keçirilməli idi. Bu baxımdan keçirilən tenderlərdə maxinasiyalara yol verildiyi açıq-aydın görünür.

Başqa bir tərəfdə ölən və yaralanan fəhlələlərin əmək müqaviləsi ilə işləyib işləmədiyi aydınlaşdırılmalı və onların ailələrinə kompensasiya verilməsi təmin olunmalıdır.

Bütün hallarda qanun Fəzail Hüseynovun bu qanlı olaydan sonra həbs edilməsi üçün tam əsaslar yaradır.
Xəbəriniz olsun

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

20.07.2018 - “Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”

20.07.2018 - Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

Facebook