Prezidentdən referendumla bağlı sərəncam

12 oktyabr 2016
Prezidentdən referendumla bağlı sərəncam
Azərbaycan respublikası prezidenti İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktını və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:

1.1. 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının 1 – 29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Xəbəriniz olsun

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

18.09.2017 - Merkel Türkiyəyə ultimatum verdi

18.09.2017 - "Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu

18.09.2017 - Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18.09.2017 - Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq

Facebook