Məleykə Abbaszadənin qızı Pedaqoji Universitetin prorektoru təyin ediləcək

15 oktyabr 2016
Məleykə Abbaszadənin qızı Pedaqoji Universitetin prorektoru təyin ediləcək
Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri olub. ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev işdən çıxarılıb. Onun yerinə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin ediləcəyi gözlənilir.

ADPU-nun rektoru Cəfər Cəfərov APA-ya faktı təsdiqləyib və bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub: “O, Azərbaycan Respublikası Prezidenti yadında Dövlət İdarəçilik Akademiyasında analoji vəzifəyə gedib. Onun yerinə bir neçə namizəd var və Nigar Abbaszadə də onlardan biridir. Hələ təyinat olmayıb, bu məsələ nazirliyin səlahiyyətindədir. Çox güman ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə olacaq”.

C.Cəfərov vurğulayıb ki, ali məktəbin rəhbər heyətində kadrlar şöbəsinin müdiri, tədris-metodik şöbənin rəhbəri dəyişilib, digərləri işini davam etdirir.

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın oğlu, Nigar Abbaszadə isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızıdır.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook