Banklarda nağd dolların satış qiyməti niyə artıb?

17 oktyabr 2016
Banklarda nağd dolların satış qiyməti niyə artıb?
Azərbaycanın kommersiya banklarında son günlər nağd ABŞ dollarının satış məzənnəsi artıb.

"Report"un müşahidə qrupu xəbər verir ki, keçən həftə 1,5980 AZN-ə satılan dollar manatın rəsmi məzənnəsinin möhkəmlənməyə davam etməsinə baxmayaraq hazırda 1,6060-1,6150 AZN/USD diapazonunda satılır. Bəzi kommersiya banklarında isə dollar 1,61 AZN və ya daha baha satılır.

Saytın analitik qrupu hesab edir ki, Azərbaycan banklarının dolların satış məzənnəsini artırmasına səbəb dolların beynəlxalq valyuta bazarında məzənnəsinin demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə möhkəmlənməsi ilə bağlıdır. Məhz bu amil daxili bazarda dollara tələbi bir qədər artırıb. Analitik qrup ABŞ-da uçot dərəcəsinin artırılması ehtimallarının güclənməsi fonunda dolların məzənnəsinin dünya maliyyə bazarında möhkəmlənəcəyini və Azərbaycanın valyuta bazarına da bu prosesin adekvat şəkildə təsir edəcəyini düşünür.

"İlin sonuna qədər əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin paritetə kimi geriləməsi Azərbaycanda dolların məzənnəsinin 1,70 manata qədər artmasına səbəb ola bilər. Təbii ki, bu proqnoz neft qiymətlərinin 45 dollar/bareldən aşağı düşməyəcəyi təqdirdə realdır. Neftin qiyməti bu həddən aşağı enərsə dolların məzənnəsi 1,85 AZN/USD-yə qədər arta bilər", - deyə analitiklər qeyd ediblər.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook