Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində – FOTO

17 oktyabr 2016
Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində – FOTO
Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Heydər Əliyev Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb.

Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində – FOTOGənclər Ümummilli lider Heydər Əliyev barəsində media-arxivlə tanış olublar. Qeyd olunub ki, mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzinin Sərgi zalları bölməsinin birinci mərtəbəsində "Azərbaycan inciləri: tarixin axarında” sərgisi təqdim edilir. Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi olan "Azərbaycan inciləri: tarixin axarında” Azərbaycan tarixi və mədəniyyətinin incilərini əks etdirən bir ekspozisiyadır.

Ekskursiya iştirakçıları ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar.

Sonda rayon rəhbərliyi tərəfindən 5 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.
Xəbəriniz olsun

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

Facebook