248 saylı məktəbdə Əsli kabusu: Məktəb direktoru təhsil ocağını şəxsi biznes obyektinə çevirib

18 oktyabr 2016
248 saylı məktəbdə Əsli kabusu: Məktəb direktoru təhsil ocağını şəxsi biznes obyektinə çevirib
Savash.org bildirir ki, Binəqədi rayon Nizami Nərimanov adına 248№-li tam orta məktəbindən AzToday.az saytına daxil olan məlumata görə təhsil ocağının direktoru Əsli Quliyeva qurumda sözün əsl mənasında "bazar" açıb.

Redaksiyamıza məktəblə bağlı məlumat verən mənbənin iddiasına görə 248 saylı orta məktəbində ortə əsrlərin feodal dövrləri hökm sürür. Məktəb direktoru Əsli Quliyeva müəllim və şagird heyətinə göz verib, işıq verməməklə bərabər həmdə təhsil ocağını paytaxtın ən böyük korrupsiya yuvasına çöndərib. Belə ki, hazırda 248 saylı orta məktəbdə rüşvət ən pik həddədir desək heçdə yanılmarıq. Aldığımız məlumatda vurğulanır ki, məktəbin təsərrüfat işləri üzrə rəhbəri sənədlərdə başqa bir şəxsin adına yazısada bu işi əslində Əsli Quliyevanın həyat yoldaşı Mübariz Quliyev həyata keçirir. Müəllim və şagirdlərlə həddindən artıq kobud rəftar edən Mübariz Quliyev Əsli xanımın həmdə "mühafizə" işləri ilə məşğuldur.

Mənbə qeyd edir ki, Əsli Quliyevanın hazırda 248 saylı orta məktəbdə əsas qazanclarından biri adı olub özü olmayan siniflərdir. Hazırda 70-dən çox 10 və 11 ci sinif şagirdlərinin adları məktəb jurnallarında getməsinə baxmayaraq onlar heç bir dərsdə iştirak etmirlər. Əsli Quliyeva tərəfindən illiyi 1000-1500 manat aylığa buraxılan bu şagirdlər ali məktəbə hazırlıq üçün kurslara gedirlər. Təkcə aylığa buraxılan şagirdlərdən direktor il ərzində 100 min manatdan çox qazanc əldə etdiyi iddia edilir. Ancaq Əsli Quliyevanın qazancı şagirdləri aylığa buraxmaqla bitmir. Bu yaxınlarda ölkəmizdə də qeyd edilən Beynəlxalq Müəllimlər Günündə - 5 oktyabrda 248 saylı orta məktəbin hər bir sinifindən məcburi 200 manat vəsait yığdırılıb. Məlumata görə, bu vəsait birbaşa direktora çatıb. Hətta bəzi sinif rəhbərləri Əsli xanıma bu vəsaiti yığa bilməyəcəklərini desədə məktəb direktoru onları məcbur edərək "ya mənim 200 manatımı gətirin yada öz cibinizdən verin" deyib. Ümumilikdə 42 sinifdən yığılan 8500 manat vəsait Əsli Quliyevaya verildiyi deyilir. Məktəb direktoru bu vəsaitin bir hissəsini Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya verdiyini deyərək yanındakılara heç nə verməyib.

Bundan başqa 248 saylı məktəbdə fəaliyyət göstərən gecə məktəbində isə nələrin baş verdiyini, hansı işlərin maxinasiyaları olduğunu Əsli Quliyevdən başqa heç kəs bilmir.

Bildirək ki, Əsli Quliyevanın 248 saylı orta məktəbdə etdiyi maxinasiyalarla bağlı redaksiyamıza göndərilən çoxlu sayda ilginc informasiyaları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

- Əsli Quliyeva Mehdiabad qəsəbəsində yerləşən dəbdəbəli villasına nə qədər xərc çəkib?
- Məktəb direktoru qiyməti milyona yaxın olan villanı hansı vəsaitlə tikdirib?
- 248 saylı orta mətkəbdə nə qədər şagird aylığa çıxarılıb?
- Təhsil nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin 248 saylı orta məktəbində fəaliyyət göstərən "11 c" sinifindən xəbəri varmı?
- Əsli Quliyeva "11c "sinifini neynəyib?
- Məktəb direktorunun həyat yoldaşı Mübariz Quliyevin cibində məktəbin hansı işçilərinin maaş kartları var?
- Son bir ildə 248 saylı orta məktəbdə fəaliyyət göstərən gecə məktəbinin adı ilə neçə atestat satılıb?
- Əsli Quliyeva oğlanlarına və həyat yoldaşına hansı bahalı avtomobillər alıb?
Bu və digər ilginc məlumatlarla bağlı növbəti yazımızda ətraflı məlumat verəcəyik.


İttihamlarla bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
Xəbəriniz olsun

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

Facebook