Füzulidə Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü qeyd olundu - FOTO

18 oktyabr 2016
Füzulidə Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü qeyd olundu - FOTO
Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi 25-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Savash.org xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, 18 oktyabr dövlət müstəqilliyi günü münasibəti ilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunmuşdur.

“Ancaq tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991-1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olan səriştəsiz və idarəetmə bacarığı olmayan insanların fəaliyyəti nəticəsində ölkədə faktiki olaraq hakimiyyətsizlik, anarxiya hökm sürürdü. Azərbaycan dövlət kimi məhv olmaq, parçalanmaq üzrə idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlamışdı, kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. Belə bir şəraitdə xalq üzünü Naxçıvana tutaraq özünün xilaskarı kimi Heydər Əliyevi gördü. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxdı. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, müdrüklüyü və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz, əbədi və sarsılmaz xarakter aldı. Bu gün biz qətiyyətlə deyə bilərik ki, bu günki müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir. “-deyə Alı Alıyev vurğulayıb.

Alı Alıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməsindən, daha böyük uğurlar qazanmasından danışmışdır.

Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Xəbəriniz olsun

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

Facebook