“Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir

07 noyabr 2016
“Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir
Mobil operatorun iş vakansiyaları “Karyerada ilk addım” devizi altında keçirilmiş əmək yarmarkasında təqdim edildi

“Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator 28 oktyabr 2016-cı il tarixdə “Karyerada ilk addım” devizi altında keçirilmiş əmək yarmarkasında iştirak edib. Azərbaycan Turizm və Menecment Universitetinin məzun və tələbələrinin əmək bazarına inteqrasiyasına köməklik göstərmək məqsədilə təşkil edilmiş əmək yarmarkasında iştirak edən şirkət və təşkilatlar sırasına “Nar” da qoşulub.

“Nar” gənc kadrlara 6 iş vakansiyası təqdim edib. Satış və xidmət üzrə agent, korporativ satış üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis, brend və reklam işləri üzrə mütəxəssis, kommersiya analitiki və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.

Tədbirdəki “Nar” stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran suallara cavab verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb. Namizədlər öz tərcümeyi-hallarını “Nar” nümayəndəsinə təqdim ediblər. “Nar” operatorunda karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq mobil operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar.

Xəbəriniz olsun

20.06.2018 - Sabiq nazir özünə məxsus klinikada həkim nəzarətidndədir - YANINA HEÇ KİM BURAXILMIR

20.06.2018 - “GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat

20.06.2018 - Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin videosu yayımlandı

19.06.2018 - Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə

19.06.2018 - Paşinyanı qətlə yetirmək istədilər

19.06.2018 - İntihardan öncə çəkib nişanlısına göndərdiyi duyğusal video: "Tərlan, məni unutma..."

19.06.2018 - Pambıq zəhərlənməsi naziri İmişliyə apardı

19.06.2018 - Ermənistanın təyyarəsi vuruldu - RƏSMİ

19.06.2018 - Dərnəgüldəki taxta bazarında yanğın: 500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı

19.06.2018 - Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

Facebook