Trampın verdiyi qeyri-adi vədlər: Su işgəncəsi, İŞİD-in bombalanması, miqrantların qovulması, abortun qadağası və... - TAM SİYAHI

10 noyabr 2016
Trampın verdiyi qeyri-adi vədlər: Su işgəncəsi, İŞİD-in bombalanması, miqrantların qovulması, abortun qadağası və... - TAM SİYAHI
ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp 2017-ci ilin yanvar ayından etibarən prezident fəaliyyətinə başlayacaq.

Savash.org bizimyol.infoya istinadən xəbər verir ki, Trampın seçkiqabağı kampaniyası dövründə səsləndirdiyi bəzi fikirlər və verdiyi vədlər böyük bir reaksiyaya səbəb olmuşdu.

Bunlardan bəzilərini təqdim edirik:

ABŞ su işgəncəsi və “digər güclü sorğulama üsullarından” istifadə etməlidir– Tramp su işgəncəsinin terrorçuların başkəsmə kimi qəddar üsullarının yanında heç nə olduğunu deyib.
İŞİD bombalanacaq –Donald Tramp seçkiqabağı çıxışlarında İŞİD-ə qarşı heç kimin olmadığı qədər çox sərt olacağını deyib.
Meksika ilə sərhəddə böyük bir divar hörüləcək – Tramp Meksika-ABŞ sərhədi boyunca böyük bir divarın hörüləcəyini və həmin divarın pulunun da Meksika tərəfindən ödəniləcəyini deyib. O, ABŞ-a girən meksikalıların cinayətkar olduğunu bildirib. BBC-nin təxminlərinə görə əgər həmin divar hörülsə bu işə 2.2 milyard ilə 13 milyar dollar arasında bir pul xərclənməlidir.
ABŞ-da qanunsuz yaşayan 11 milyon miqrant deportasiya edilməlidir –İddialara görə əgər Trampın dediyi kimi olsa ABŞ 114 milyard dollar ziyana düşəcək. Trampın miqrant siyasətinə görə, qanunsuz miqrantların uşaqları ABŞ-da doğulmasına baxmayaraq onların vətəndaşlıq haqlarına son veriləcək.
Putinlə hər şey yaxşı olacaq –Tramp CNN-ə verdiyi müsahibələrdən birində Putin və Obamanın yola getmədiklərini, amma özünün Putinlə çox güman ki, yaxşı yola gedəcəyini deyib.
Mövcud işsizlik statistikası yanlışdır –Tramp ABŞ-dakı real işsizlik rəqəminin 20 faiz olduğunu, hətta bu rəqəmin daha çox ola biləcəyini deyib. Rəsmi rəqəmlərə görə isə işsizlik 5.1 fazidir.
İqlim dəyişiklikləri ciddi deyil –Tramp “təmiz hava və təmiz su vacibdir” desə də, iqlim dəyişikliyi mövzusundakı xəbərdarlıqları ciddi qəbul etmədiyini deyib.
Trampa görə Səddam Hüseyn və Muəmmər Qəddafinin olduğu bir dünya daha yaxşı olardı –Tramp CNN-ə verdiyi müsahibələrdən birində diktatorların devrilməsindən sonra Liviya və İraqda vəziyyətin daha da pisləşdiyini deyib.
ABŞ-a gəlmək istəyən suriyalılar geri göndəriləcək –Tramp, özlərini müharibədən əziyyət çəkən qaçqın kimi göstərənlərin əslində terrorçu olduğunu iddia edərək, suriyalıların ölkəyə girişinin əngəllənəcəyini bildirib.
Müsəlmanlar ABŞ-a girməməlidir –Tramp çıxışlarından birində bütün müsəlmanların ölkəyə girişinə məhdudiyyət qoyulmasının vacib olduğunu deyib.
Abort əməliyyatına girən həkimlər cəzalandırılacaq –Tramp, MSNBC-ə verdiyi müsahibələrdən birində “abort qanunsuz elan edilsə abort edən qadınlar cəzalandırılmalıdır” desə də, daha sonra “qadınların yerinə əməliyyatı keçirən həkimlər cəzalandırılmalıdır” demişdi.
İraq diktatoru olmuş Səddam Hüseyn pis biri idi –Trampa görə Səddam qəddar biri idi, amma doğru etdiyi şeylər də var idi. Bunlardan biri də terrorçuları öldürməsi idi.


“Səddam bunu çox yaxşı bacarırdı” – Tramp

Silah saxlama ilə bağlı qaydalara yenidən baxılmalıdır –Trampa görə, bütün vətəndaşların silah əldə etməsi məsələsi normal qarşılanmalıdır və bu məsələyə yenidən baxılmalıdır. D.Trampa görə, əgər vətəndaşlarda silah olsaydı, 2016-cı ilin iyun ayında Floridadakı gecə klubunda baş vermiş hadisə yaşanmazdı.

“Əgər həmin gecə klubunda kimdəsə silah olsaydı, kluba hücum edən şəxsi başından vura bilərdi” – Tramp

Xatırladaq ki, gecə klubunda baş vermiş qətliam “11 sentyabr” hadisələrindən sonra ABŞ tarixində baş vermiş ən qanlı olay idi. Həmin hadisədə 50 nəfər həyatını itirmiş, 53 nəfər isə yaralanmışdı. Hadisəni Ömər Mətin adlı əfqan olan ABŞ vətəndaşı törətmişdi.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook