“Nar”-ın tərəfdaşı olan “Rabitə” idman klubunun boksçuları uğur qazanmağa davam edirlər

15 noyabr 2016
“Nar”-ın tərəfdaşı olan “Rabitə” idman klubunun boksçuları uğur qazanmağa davam edirlər
“Nar” operatorunun tərəfdaşı olan “Rabitə” idman klubu qələbələr seriyasına davam edir. Boks klubu özünün növbəti uğurunu Balakən şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Azərbaycan turnirində qazanıb. Belə ki, 23-28 sentyabr 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən “Rabitə” idman klubunun boksçuları 4 qızıl, 1 gümüş və 5 bürünc olmaqla toplam 10 medal əldə ediblər.

Qeyd edək ki, “Nar” və “Rabitə” idman klubunun birgə həyata keçirdikləri “Kimsəsiz uşaqlara və aztəminatlı ailələrin övladlarına dəstək” layihəsinin nəticəsi olaraq balaca boksçular beynəlxalq yarışlarda da xeyli uğur əldə ediblər. Sonuncu dəfə belə bir yüksək nəticə “Rabitə” klubunun yetirməsi tərəfindən Qazaxıstanın Aktau şəhərində əldə edilib. Belə ki, 28 sentyabr-2 oktyabr 2016-cı il tarixləri arasında keçirilmiş boks üzrə IX ənənəvi Beynəlxalq turnirdə 52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə 3-cü yeri tutaraq bürünc medal qazanıb.

“Nar” operatoru “Rabitə” idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir. İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində “Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün “Rabitə” idman klubunda ödənişsiz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək olur.

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.
Xəbəriniz olsun

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

22.02.2018 - Azərbaycanın Olimpiadada yeganə təmsilçisi finiş xəttinə çata bilmədi

22.02.2018 - Rəsmi Vaşinqton Rusiyadan silah alan ölkələri sanksiyalarla hədələdi - Xəbərdarlıq

22.02.2018 - “Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...” - akademikin qatilinin etirafları

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

Facebook