Gömrük generalı qumarda 1 milyon uddu – İddia

16 noyabr 2016
Gömrük generalı qumarda 1 milyon uddu – İddia
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Azərbaycan mətbuatına yad isim deyil. Bu səbəbdən də onunla bağlı məlumatlar daim maraqla qarşılanır. Yenicag.az xəbər verir ki, bu məmurun qumar oyununa aludə olmasına dair dövrü mətbuatda dəfələrlə yazılar yayımlanıb.

Novruzovun Gürcüstana tez-tez səfərlər edərək, bu şakərinə orada dərman tapdığı da iddia olunur.

Fövqəlnazirlə qohumluq əlaqələrinə görə, sürətlə yüksələn V.Novruzovun son Tiflis səfərində əlinin “gətirdiyi” vurğulanır. Maraqlıdır ki, həmişə qumarda uduzanların adı hallanır, bu dəfə isə qazananın adı dillərdə dolaşır. Yayılan xəbərlərə görə, gömrükçü son oyunda 1 milyon dollar udub. Doğrudur, bu məbləğ onun kimi oliqarx məmur üçün kiçik rəqəm sayılsa da, Tiflisdə bu xəbər ciddi rezonans yaradıb. Çünki Azərbaycandan qonşu ölkəyə qumar oynamağa gedənlərin əksəriyyətinin “əlinin gətirmədiyi” bildirilir.

Məsələ ilə bağlı V.Novruzovun mövqeyini öyrənmək istəsək də, bizdə olan kontakt bilgilərinin heç biri vasitəsi ilə gömrük generalı ilə əlaqə yarada bilmədik.

Ancaq istənilən zaman V.Novruzova cavab haqqı tanıyırıq.

Yenicag.az
Xəbəriniz olsun

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

22.02.2018 - Azərbaycanın Olimpiadada yeganə təmsilçisi finiş xəttinə çata bilmədi

22.02.2018 - Rəsmi Vaşinqton Rusiyadan silah alan ölkələri sanksiyalarla hədələdi - Xəbərdarlıq

22.02.2018 - “Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...” - akademikin qatilinin etirafları

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

Facebook