AST Telmanın qardaşı həbs olundu

Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və “ Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.
Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. “Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.
25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı
25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!
25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı
25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı
25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu
25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR
24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?
24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı
24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama
24.04.2018 - MSK üzvləri mükafatlandırılır
24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək
24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO