“Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir

24 noyabr 2016
“Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir
Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” bu il də “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək vermək qərarına gəlib. Azərbaycan Respublikası Təhsil nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, Yüksək Texnologiyalar Parkı və “Nar” tərəfindən ənənəvi olaraq dəstəklənən “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Qeyd edək ki, Azərbaycanda sözügedən müsabiqə ildə bir dəfə olmaqla artıq üçüncü dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edirlər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

21 noyabr 2016-cı il tarixdə müsabiqə münasibətilə təşkil olunmuş görüşün əsas məqsədi tələbələrin yenilikçi ideyalara malik gənclər üçün mövcud olan imkanlar haqqında məlumatlandırılması idi. Tədbirdə informasiya texnologiyaları və biznesin inkişafı istiqamətində yerli və xarici şirkətlərin təqdim etdiyi məhsul, proqram və təşəbbüslər təqdim olundu. Görüş çərçivəsində ənənəvi “Microsoft Imagine Cup – 2017” müsabiqəsinin şərtləri izah olundu. Bununla bərabər, tələbələr üçün nəzərdə tutulmuş digər layihə və imtiyazlar da tədbirdə müzakirə edilən mövzular arasında yer aldı.

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.
Xəbəriniz olsun

20.08.2018 - ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

20.08.2018 - “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

Facebook