Qaz sayğacları qiymət artımını necə hesablayacaq? – RƏSMİ

29 noyabr 2016
Qaz sayğacları qiymət artımını necə hesablayacaq? – RƏSMİ
Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Bəs smart tipli sayğaclarda hesablama necə aparılacaq?

Savash.org modern.az-a istinadən xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məsələ ilə bağlı açıqlama verib.

Qurum rəsmisi deyib ki, narahatlıq üçün heç bir əsas yoxdur, sistem yeni tariflərə uyğunlaşdırılacaq:

“Abonent smart tipli sayğaca pulunu köçürəcək. 1500 kubmetrə qədər köhnə qiymətlə qəbul ediləcək. Yəni, il ərzində qaz kartına yüklənən 1500 kubmetrədək (150 manatadək) qaza görə hər kubmetr 10 qəpikdən hesablanacaq. 1500 kubmetrdən sonra isə yeni qiymətlə - 20 qəpikdən hesablanacaq. Sayğaclar özü bunu tənzimləyəcək”.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook