İşıq pulu belə hesablanacaq - Rəsmi açıqlama

29 noyabr 2016
İşıq pulu belə hesablanacaq - Rəsmi açıqlama
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Savash.org xəbər verir ki, APA-nın məlumatına görə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün heç nə dəyişməyib. Amma aylıq enerji istehlak 250 kilovat-saatdan çox olan abonentlərin xərcləri artıb. Məsələn, ayda 400 kilovat-saat enerji istehlak edən abonent buna görə 34 manat ödəniş etməli olacaq. Halbuki əvvəl o, bu göstəriciyə görə əvvəl indikindən 6 manat az, yəni 28 manat ödəyirdi. Ayda 1000 kilovat-saat enerji istehlak edən abonent buna görə 100 manat ödəniş etməli olacaq.

Göründüyü kimi, istehlak artdıqca və xüsusilə də limitdən artıq sərfiyyat abonentə baha başa gələcək.

Mütəxəssislər hesab edir ki, kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması daha çox fərdi yaşayış evləri böyük olan abonentlərin və istehsalla məşğul olan müəssisələrin xərclərini artıracaq.
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook