“SOCAR Trading” Çin bazarı üzrə 3 treyderlə əməkdaşlığa başlayır

30 noyabr 2016
“SOCAR Trading” Çin bazarı üzrə 3 treyderlə əməkdaşlığa başlayır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” Çin bazarını hədəf almaq üçün Londondan işləyəcək 3 treyderi işə götürüb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib.

“Unipec” şirkətinin London ofisinin xam neft üzrə keçmiş rəhbəri Vanq Zenq və “Shell” şirkətinin keçmiş xam neft treyderi Xun Donq bu ay SOCAR-da işə başlayıb, digər treyder isə gələn il işə başlayacaq.

“Əlbəttə, biz onların Çindəki əlaqələrindən istifadə edəcəyik və Çinin neft emalı zavodlarına daxil olacağıq", - deyən A.Əzimov qeyd edib ki, "SOCAR Trading” 2015-ci ildə idxal lisenziyası verilən Çinin neft emalçılarına xammalı birbaşa olaraq satmaq niyyətindədir:

"İndiyədək bizim strategiya Asiya bazarını əhatə etməyib, çünki Asiya dövlətləri neft satışı və tədarükündə daha çox dövlət şirkətləri ilə və hökumətlərarası sazişlər əsasında işləməyə üstünlük verib", - deyə şirkət rəhbəri əlavə edib.

O qeyd edib ki, Asiya emalçıları daha ağır xam neftə üstünlük verir.

Hazırda Asiya bölgəsində “Azeri Light” markalı neft İndoneziya, Tayland, Vyetnam və bəzən də Tayvana satılır.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook