Zakir Fərəcov iş adamını hər gün döydürür? - 8 milyona qol çək

02 dekabr 2016
Zakir Fərəcov iş adamını hər gün döydürür? - 8 milyona qol çək
İcra başçısı "günahsızlığı”nı belə sübut edəcək

Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov barəsində ölkə mətbuatında silsilə olaraq yazılara rast gəlirik. Bu insan demək olar ki, dövlət tərəfindən Sumqayıt şəhərinə ayrılan pulları mənimsəməkdə ittiham olunur. İcra başçısının Sumqayıt şəhəri ərazisində inşa etdirdiyi dəniz kənarı Bulvarda işləyən fəhlələrin aylardan bəri qalan maaşlarını, sahibkarlardan nisyə götürdüyü küllü miqdarda inşaat materialının pullarını verməməsi, dövlət tərəfindən ayrılan yüksək məbləğdə pulları mənimsəməsi faktları barədə müxtəlif saytlarda yazılar dərc olunub. Məlumatlara görə, ölkə rəhbəri, Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin edəndən bu günə qədər Sumqayıt şəhərinin abadlığına 20 milyon manatdan çox pul ayırıb. Lakin ayrılan məbləğin icra başçısı tərəfindən havaya sovurulduğu iddia edilir.

Deyilənlərə görə, Prezidentin də şəxsən açılışına gəldiyi Sumqayıt Bulvarının tikintisi zamanı başçı bir sıra iş adamlarından küllü miqdarda dəyəri olan tikinti materialları götürüb və sonradan onların pulunu ödəməyib. Habelə, işlətdikləri işçiləri də bu cür aldadıb. Yəni, fəhlələr işləyib. Lakin aylardır ki, fəhlələrə zəhmətlərinin haqqı verilməyib...

İcra başçısı fəhlələri və iş adamlarını necə aldadır?

Miq.az-a daxil olan şikayət məktubunda deyilir ki, Zakir Fərəcov gördükləri işin müqabilində pulları iyun ayınadək ödəsə də, ondan sonra isə pulları ödəməkdən imtina edib. İyun ayından sonra iş adamları pullarının ödənmədiyini görüb tikinti materialı verməkdən imtina ediblər. Bir daha onlarla işləməyəcəklərini bildiriblər. Daha sonra isə icra hakimiyyətindən Fəzail adlı bir şəxs gələrək, icra başçısının etibarlı adamı olduğunu bildirib və birgə işə davam etməyi təklif edib. İş adamları da Prezidentin etimad edərək təyin etdiyi icra başçısının göndərdiyi adamın sözlərinə inanaraq, razılıq veriblər. Fəzail adlı şəxs söz verib ki, Prezident açılışa gələndən sonra bütün pullar qəpiyinədək ödəniləcək. Hətta sentyabr ayının 27-də Prezident bulvarın əsaslı təmiri üçün Zakir Fərəcovu medalla təltif edib. Açılışdan sonra isə pullarını yenidən tələb edən şirkətə Zakir Fərəcov oyun qurub. Pullarını tələb edən iş adamlarına və işçilərə bildirib ki, qalan pulları iş adamı Müqayis Verdiyevə verib. Sonra isə Müqayis Verdiyev adlı digər iş adamını həbs etdirib. Onun barəsində məhkəmə 3 ay həbs qətimkan tədbiri seçib.

Miq.az-a məlumat verən mənbə bildirir ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə əlaqəlidir. Çünki Sumqayıt şəhəri ərazisində inşa edilən Bulvar məhz iş adamının işçi qüvvəsi tərəfindən həyata keçirilib. Bulvar tamamilə hazır olmasına baxmayaraq, icra hakimiyyəti nə iş adamının, nə də fəhlələrin əmək haqqlarını verməyib. İşçilərin əmək haqqlarını icra başçısından tələb edən iş adamı Zakir Fərəcovun qəzəbinə tuş gələrək qanunsuz olaraq həbs olunub. İndi sahibkarlar və işçilər pullarını kimdən alacaqlarını bilmirlər. Ancaq Z.Fərəcov tək fəhlələrin maaşını mənimsəmir.

Sumqayıtda sahibkarlara divan tutan və onlardan tələb etdiyi rüşvəti almağa müyəssər olan icra başçısı bununla kifayətlənməyərək Prezidentin şəhərin inkşafı üçün ayırdığı vəsaitləri də mənimsəməkdədir.

Nəzərə alsaq ki, Prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam verib. Bundan əlavə şəhərdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün daha 20 milyon manat vəsait ayrılıb. Lakin, müəyyən "səbəblər" ucbatından Sumqayıta ayrılan dövlət vəsaitləri "yoxa çıxıb” və nəticədə şəhərdə narazılıqlar artmaqdadır.

İcra başcısının gücü - hər gün Şüvəlandan Sumqayıta gətirilən iş adamı 8 milyona qol şəkmək üşün döyülür

İcra başçısı aylardır ki, fəhlələri adam yerinə qoymur. Hər gün İcra Hakimiyyətinin önünə toplanan fəhlələrin üzərinə polis yollayır, onları qorxudaraq, binanın qarşısından uzaqlaşdırır. Dəfələrlə Bakıya – Prezident Administrasiyasının qarşısına gəlmək istəyəndə isə fəhlələrin qarşısını polislə kəsdi.

Lakin icra başçısı gec-tez bu əməllərinin ifşa olunacağından bərk qorxuya düşüb. Bu dəfə "taktiki” gedişlə iş adamı Müqayis Verdiyevin həbs edilməsinə nail olub. Oktyabrın 8-də həbs edilən Müqayis Verdiyev deyəsən İcra başçısının "günah boğçası”na çevriləcək. Belə ki, icra başçısı törətdiyi bütün əməllərin günahını M.Verdiyevə ödətmək fikrinə düşüb. Aldığımız məlumata görə Zakir Fərəcovun xüsusi tapşırığı ilə M.Verdiyev hər gecə polis məntəqəsinə gətirilərək işgəncəyə məruz qalıb. Ondan tələb olunan isə budur. İcra başçısı tərəfindən yoxa çıxarılan məbləğin- yəni, 12 milyonun özü tərəfindən mənimsənildiyini etiraf etmək. Bu pullardan xəbərsiz olan iş adamı etiraz etsə də, işgəncələr davam edir. Artıq iş adamının yaxınları və hətta vəkili ilə belə görüşməsinə imkan yaradılmır. Təbii ki, bu özü-özlüyündə insan hüquqlarının pozulmasının əyani sübutudur.

"İcra bizi tutdursa, ailələrimiz çıxıb tələb edəcək"

"İcra hakimiyyəti aylarla süründürdü. Aylarla toplaşdıq, pulumuzu tələb etdik, bizi adam yerinə qoymadı. Hər dəfə üstümüzə polis tökdü, bizi incitdi. Dəfələrlə Bakıya – Prezident Administrasiyasının qarşısına gəlmək istəyəndə qarşımızı polislə kəsdi. İcra başçısına demək istəyirik ki, onsuz da gəlib bura qədər çıxdıq. Nə qədər ki, pulumuz onun cibindədir, səsimizi kəsmək çıxış yolu deyil. Bizi tutduracaq, ailələrimiz çıxıb tələb edəcək”.

"ONDAN-BUNDAN YOLPULU ALIB GƏLMİŞƏM”

Bir daha xatırladırıq ki, noyabrın 10-da azı 50 fəhlə maaş tələbi ilə Prezident Administrasiyasının qarşısına toplaşmışdı. Sumqayıtda yeni salınmış bulvarda aylarla işləyib maaşlarını ala bilməyən fəhlələr bundan öncə dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında toplaşıblar. Ancaq maaşlarını ala bilmədiyini söyləyiblər.
Xəbəriniz olsun

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

Facebook