Bu gün “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazana bilər

08 dekabr 2016
Bu gün “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazana bilər
Azərbaycanın futbol üzrə Avropa Liqasının qrup mərhələsində təmsilçiləri olan "Qarabağ"la "Qəbələ" bu gün son turun oyunlarını keçirəcəklər. Ağdam klubu pley-offa vəsiqə uğrunda mübarizədə həlledici matçın iştirakçısı olacaqsa, "qırmızı-qaralar" formal qarşılaşmaya çıxacaq.

Qurban Qurbanovun komandası qrup lideri olan İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. Ağdam təmsilçisi qalib gələcəyi halda, Yunanıstanda PAOK-la Çexiya "Slovan"ı arasındakı matçının nəticəsindən asılı olmayaraq, 1/16 finala yüksələcək. Özü də Azərbaycan çempionu buna qrup lideri kimi nail olacaq.

"Qarabağ" heç-heçə edəcəyi halda da adını növbəti mərhələyə yazdıra bilər. Bunun üçün Saloniki təmsilçisinin “Slovanla” heç-heçə oynaması lazımdır. Florensiya komandasına isə qrupdan çıxmaq üçün bərabərlik də yetərlidir. İtalyanlar Bakıda uduzacaqları halda da pley-offa yüksələ bilərlər. Amma bunun üçün PAOK "Slovan"ı udmamalıdır.

Qrupdan çıxma şansını itirən Roman Qriqorçukun komandası isə Almaniyada "Maynts"ın qonağı olacaq.

"Qırmızı-qaralar" bu mərhələdə keçirdiyi ilk 5 matçın hamısında meydanı məğlub tərk etdiyindən, hesabında xal yoxdur. Bugünkü oyun ilk xal, ilk qələbə qazanmaq baxımından son şansdır. Qeyd edək ki, "Qəbələ" qrupda debüt etdiyi ötən mövsümdə də qalib gələ bilə bilməyib, amma PAOK-la matçlarda qolsuz bərabərliklər sayəsində 2 xal toplaya bilib.

“Qarabağ” – “Fiorentina” matçı Bakı vaxtı ilə saat 20:00-da, “Maynts” – “Qəbələ” matçı isə 22:00-da başlayacaq.
Xəbəriniz olsun

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

13.08.2018 - Bakıda intiharın qarşısı alındı

13.08.2018 - Fədayə Laçın məhkəmədə DANIŞDI: "Qoca ilə qatarda gizlin..."

13.08.2018 - İlqar Məmmədov azadlıqda: Şəki Apellyasiya məhkəməsi REAL sədri haqda qərar verdi

11.08.2018 - İran Türkiyənin müdafiəsinə qalxdı

11.08.2018 - SOCAR-da yüksək vəzifədə çalışan şəxsin oğlu intihar etdi – Evinin qarajında… – Foto

11.08.2018 - "Azərişıq" ASC şişirdilmiş borc qəbzləriylə bağlı açıqlama yaydı: "Günah kondinsionerlərdədir..."

Facebook