Sərkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: “Birinci dəfədir eşidirik...”

08 dekabr 2016
Sərkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: “Birinci dəfədir eşidirik...”
Xəbər verildiyi kimi bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb.

Xatırladaq ki, keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.

Ermənistanda nəşr edilən “Qraparak” (“Xalq”) qəzeti Metyu Brayzanın və daha əvvəl bəzi rusiyalı politoloqların da bəhs etdiyi bu planla bağlı Serj Sərkisyanın adına sorğu göndərib. Sərkisyanın administrasiyası sorğuya nəhayət cavab verib. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyanın adından daxil olmuş yazılı açıqlamada deyilir ki, Metyu Brayzanın müsahiəsində bəhs olunan plan barədə administrasiyada “ilk dəfə eşidirlər”.

“Prezident Serj Sərkisyan heç vaxt Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən bəhs olunmayan, ancaq münaqişənin nizamlanmasının digər elementlərindən söhbət gedən danışıqlarda iştirak etməyib. Prezident danışıqlar prosesində bu prinsipə bundan sonra da əməl edəcək”-açıqlamada deyilir.

Xatırladaq ki, Putinin iki rayon təklifi haqda Rusiya tərəfi heç bir şərh verməyib. Metyu Brayza bu məlumatı “danışıqlarda iştirak edən diplomatik mənbədən aldığını” demişdi.
Xəbəriniz olsun

22.09.2017 - Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

22.09.2017 - Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

22.09.2017 - Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi

22.09.2017 - Mahmudovçu qaynı Abidin Fərzəliyevi necə ələ verib? - Şok dosye/Faktlar

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

Facebook