Nardaranda polislə atışma

29 dekabr 2014
Nardaranda polislə atışmaSabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları dekabrın 27-də gecə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı mütəşəkkil cinayətkar dəstənin iki üzvünü həbs edib, bununla da sahibkara silahlı hücumun qarşısını ala biliblər.

Savash.org saytı xəbər verir ki, Sabunçu RPİ-dən vesti.az saytına verilən məlumata görə, əməliyyat zamanı həbs edilənlər Nardaran qəsəbə sakinləri Sahib Ağanəbioğlu və Cavid Orucov adlı şəxslərdir.

C.Orucovun qəsəbənin Abşeron küçəsində yerləşən evində aparılmış axtarış zamanı 65 ədəd avtomat gülləsi, AKM avtomatının güllə sandıqçası, “TOZ 35” markalı idman tapançası aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərdən biri isə polisin əlindən qaçmağa nail olub. Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, həmin şəxs həbs edilərkən C.Orucovla birgə olub. O da silahlı imiş. Bəzi məlumatlara görə, qaçmağa müvəffəq olan şəxs polis əməkdaşlarına silahlı müqavimət göstərib və tərəflər arasında atışma olub. Hazırda həmin şəxsin axtarışları gedir.

Saxlanılan şəxslər ilkin dindirmə zamanı etiraf ediblər ki, onlar Sabunçu rayonundakı mağazalardan birinin sahibinə qarət məqsədilə silahlı hücum təşkil etməyi planlaşdırırmış. Onlar iş adamının hərəkət qrafikini öyrənir və ona gecə - pulları götürüb mağazadan çıxanda hücum etməyə hazırlaşırmış. Həmin mağaza Nardaran qəbiristanlığının yaxınlığında yerləşir.

C.Orucov uzun müddət Rusiyada yaşayıb. Azərbaycana isə bu yaxınlarda gəlib.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook