Adı dələduzluqda hallanan FHN polkovnikindən Heydərova şikayət

29 dekabr 2014
Adı dələduzluqda hallanan FHN polkovnikindən Heydərova şikayətUcar rayonu, Vaqif küçəsi ev 13-də yaşayan İsmayıl Kərimov JAM.AZ-ın elektron ünvanına göndərdiyi şikayət məktubunda FHN-də bacısı oğlunun başına gətirilən işlərdən bəhs edib. Savash.org olaraq baş verən olayın təfərrüatlarını təqdim edirik.
Şikayətçi yazır ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov onu və ailə üzvlərini aldadıb. Ucar sakini iddia edir ki, Məhərrəmov bacısı oğlu Rauf Mehdiyevi işə düzəltmək adı ilə onlardan 6050 manat pul alıb, lakin vədinə əməl etmədiyindən pulu geri istəsələr də, qarşı tərəf ödəniş etməkdən imtina edir: "Bu şikayət ərizəmdə yazıb bildirirəm ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Komissiyasının rəisi polkovnik Əlövsət Məhərrəmov bizdən işə götürmə adı ilə aldığı 6050 ( altı min əlli ) mant pulumuzu qaytarmaq istəmir.Bir neçə aydır bizi get-gələ salıb süründürməçiliyə məruz qoyub ancaq pulumuzu qaytarmaq istəmir. Beləki bacımın övladı Mehdiyev Rauf Səfər oğlunu Dövlət Yanğından mühafizə Xidmətinin Ucar rayon Şöbəsinə işə qəbul etmək üçün polkovnik Əlövsət Məhərrəmov bu ilin yanvar ayı tarixində bizdən 3500 manat işə qəbul üçün , Ukraynada bu ixtisas üzrə oxumaq adı ilə 2300 mant və kurs pulu üçün isə 250 manat pul aldı.Bacım oğlu Rauf 3 ay kursa getdi, imtahan verib qəbuldan keçdi və əmrini aldı. Sonra Polkovnik Əlövsət Məhərrəmov bizə bildirdi ki, 12 sentyabrda Raufu oxumaq üçün Ukraynay göndərəcəyəmvə bundan sonra işə qəbul edəcəyəm. Ancaq deyilən tarixdə göndərmədi və bildirdi ki, bu il qaldı gələn il göndərəcəyik və həmin vaxta kimi gözləməli olacaq. Biz buna etiraz edib pulumuzu istədikdə bacım oğluna işdən imtina ərizəsi yazdırdı, ancaq indiyə qədər 6050 manat pulumuzu qaytarmaq istəmir, bizi hədələyir. Hətda polkovnik Əlövsət Məhərrəmovun bizimlə telefon danışığının aidio yazısıda var ki, bizi necə hədələyir , deyir ki, başınızı ağrıdaram.Zərurət olarsa təqdim edərik.Öyrəndik ki, O bir neçə şəxsi belə aldadıb pulunu almışdır.Biz bu pulu borc götürüb polkovnikə vermişik,İndi çıxılmaz vəziyyətdə qalmışıq.Bunu Allahda götürməz.İşə qəbul etməyib heç olmasa pulumuzu qaytarsın.Sonradan bizə bildirdilər ki. Fövqəladə Hallar Naziri cənab Kəmalləddin Heydərov şəxsən belə qanunsuzluqları ciddi araşdırıb qanunu tədbir görür.Buna görədə mən mətbuat vasitəsi ilə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edirəm; Cənab Nazir Sizdən xahiş edirəm FHN-nin Mülki Müdafiə Komissiyasının Rəhbəri polkovnik Əlövsət Məhərrəmovdan bizdən işə götürmə adı ilə aldadıb aldığı 6050 manat pulumuzu qaytarmağa tapşırıq verib onun barəsində qanunu tədbir görəsiniz.Mən həmçinin FHN-niə elektron müraciət vasitəsi ilə də şikayət göndərmişəm.İnanırıq ki, Cənab Nazir Kəmaləddin Heydərov qanunu tədbirlər görəcək".
Xəbəriniz olsun

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

21.06.2018 - İranla sərhəddə atışma: General təcili Cəlilabada getdi

21.06.2018 - Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

21.06.2018 - Bir qrup əmanətçinin 100 milyon manata yaxın pulunu mənimsəyən bankir tutuldu

21.06.2018 - “Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...” - Mövlud Çavuşoğlu

Facebook