Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb

13 yanvar 2017
Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb
Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyülən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atıb. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır.

Virtualaz.org-a polis idarəsində başına gətirilənləri danışan zərərçəkmiş döyülməsinin səbəbini 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsinin onun boynuna qoyulması ilə izah edir. Y.Əliyevanın sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər.

Zərəçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar.

“Məni bir gecə orada saxladılar. Ertəsi gün Lənkəran Polis İdarəsinin rəis müavini Əlifağa Kazımovun otağına apardılar. O, polislərə dedi ki, aparın bunu toka qoşun. Orada rəis müavinin gözünün qarşısında dubinka ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırılar”, - deyə Y.Əliyeva bildirir.

Zərərçəkmişin sözlərinə görə, polis idarəsində döyüləndən sonra onu Lənkəran Rayon Prokurorluğuna aparıblar. Qadın orada başına gətirilən işgəncələri danışaraq qonşunun ölümünü zorla boynuna qoyulduğunu bildirib. Prokurorluqda ifadəsi alınaraq buraxılsa da, qapıdan çıxarkən polis əməkdaşları ondan əl çəkməyiblər. Qollarından tutub maşına basaraq yenidən bölməyə gətiriblər. Y.Əliyeva bu dəfə daha möhkəm döyülüb və ondan prokurorluqda verdiyi ifadəni dəyişdirməsini istəyiblər. Döyülmə prosesində Əlifağa Kazımov özü də iştirak edib.

“Bu dəfə ölənin adamları da idarədə idi. Onlar da məni vəhşicəsinə döydülər. Rəis müavini məndən ölənin adamlarından üzr istəməyi tələb etdi. Ayaqlarına düşüb dedim ki, qələt eləmişəm. Mənim heç bir günahım yoxdur. Məni döyə-döyə telefona çəkirdilər. Ə.Kazımov məni təpiklə döydü, dedi ki, bu gecə başına oyun açacağam. Sonra polislərə dedi ki, bunu aparın aşağı necə lazımdı dərsini verin. Dözə bilmədim, ayaqyoluna getmək üçün icazə aldım. Qorxdum ki, namusuma sataşarlar, özümü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən tulladım”, - deyə Y.Əliyeva qeyd edir.

Yıxılanda polislər qadını dövrəyə alıblar ki, birdən yaxınlıqdakı binaların yuxarı mərtəbəsindən kimsə hadisəni görüb kameraya çəkə bilər. 3 gün Lənkəran Rayon Xəstəxanasında qalan qadını polis əməkdaşları gecə yarısı Təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Ailəsinə, uşaqlarına onun özünü atması və işgəncələrlə bağlı heç nə deyilməyib.

“Uşaqlarım balacadır - 6, 10, 13 yaşlarında. Yoldaşım rəhmətə gedib. Dalımca anam uşaqlarla birlikdə yemək gətiribmiş, onlara özümü atdığımı deməyiblər, deyiblər izahatını alıb buraxacağıq. Neçə gündür əməliyyatımı da ləngidirlər. Xəstəxana pulsuz əməliyyat edir, amma qiyməti 1800 manata yaxın olan mil alınmalıdır. Onurğa sümüyüm sınıq-sınıqdı, amma dağılmayıb. Dünən Ə.Kazımovun köməkçisi bura gəlmişdi. Mənə dedi ki, niyə özünü ayaq üstə atmısan, başı üstə atardın, ölərdin də. Sonra qardaşımla danışıb. Ona pul təklif edib, deyib ki, mil üçün lazım olan pulun 1500 manatını biz verərik, üstünü özünüz düzəldin, əməliyyat olunsun. Amma bir şərtlə ki, bu məsələ bağlansın, qalanını özümüz ört-basdır edərik”.

Y.Əliyeva 2013-cü ildə dünyasını dəyişən F.Hüseynovanı yaxşı tanıdığını deyir. Onun sözlərinə görə, qadın elektrik sobasının üstünə yıxılaraq ölüb, onun qonşusunun ölümü ilə heç bir əlaqəsi yoxdur:

“Mən Fəxriyyə ilə tanış idim. Onun xəstə anasının altını da mən təmizlımişəm. Kasıb adam idi, kömək edirdim. Mənə borcu olan qonşuların polislə əlaqəsi var, onlar birlikdə bu işi planlayıblar. Mənim boynuma almadığımı görüb hadisəni o biri qonşum Elgün Həşimovun üzərinə atıblar ki, guya ikimiz F.Hüseynovanı boğmuşuq. İndi də Elgünü inzibati həbsdə saxlayırlar, guya polisə müqavimət göstərib”, - deyə zərərçəkmiş bildirir.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook