Mikayıl Cabbarov qohumunu işdən çıxardı

29 dekabr 2014
Mikayıl Cabbarov qohumunu işdən çıxardıBakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev vəzifəsindən azad edilib.

Lent.az xatırladır ki, nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyev həm də BŞTİ müdirinin birinci müavini vəzifəsində çalışırdı. Adıçəkilən idarənin müdiri Nailə Rzaquliyevə vəzifəsindən getdikdən sonra E. Əliyevə Təhsil İdarəsində müdir əvəzi vəzifəsi həvalə olunmuşdu.

Təhsil naziri Mikayıl Cabbarovun bu ayın əvvəlində imzaladığı əmrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədi ilə İdarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

Hazırda isə Təhsil İdarəsinə müdir təyin edilməyib. Bundan başqa, İdarədə artıq "müdirin birinci müavini” vəzifəsi də yoxdur. Sayt məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, E. Əliyev BŞTİ-dəki vəzifəsindən uzaqlaşdırılsa da, hazırda nazirliyin informasiya şöbəsinə rəhbərlik edir.

Mia.az-a verilən məlumata görə, E.Əliyev nazir Mikayıl Cabbarovun yaxın qohumudur. Nazir, onunla yanaşı, bir neçə qohumunu da nazirlikdə vəzifəyə gətirib.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook