İlin ən yadda qalan şou-biznes qalmaqalları

29 dekabr 2014
 İlin ən yadda qalan şou-biznes qalmaqalları2014-də Hüseyn Dərya dünyasını dəyişdi, Qədir Qızılsəs öz həmkarı ilə canlı efirdə dalaşdı, Elza Seyidcahan deputatlıq eşqinə düşdü...

Artıq yeni ilin astanasındayıq. Geridə qoyduğumuz 2014-cü il mədəniyyət və şou aləmi üçün maraqlı və kədərli hadisələrlə yadda qaldı.

İlin əvvəlində məşhur reper Hüseyn Dəryanın faciəli ölümü hər kəsi sarsıtdı. Avtomobil qəzasına düşən reper xəstəxanaya yerləşdirilsə də həyatını xlas etmək mümkün olmadı. Həkimlərin sözlərinə görə, 2 həftə dalbadal Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Sonuncu dəfə isə həkimlər məşhur repçinin həyatını xilas edə bilmədilər.

2014-cü ildə mədəniyyət aləmində daha bir ağır itki yaşandı. Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarova dünyasını dəyişdi. 1967-ci il təvəllüdlü X.Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, ölümündən əvvəl X. Qafarovanın İsraildəki müalicəsini Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva öz üzərinə götürmüşdü. Lakin əcəl buna imkan vermədi.

Bu il bir sıra tanınmış şəxslərin həbs edilməsi ilə xatirələrdə qaldı. Həbs olunanlar arasında tanınmış teleaparıcı İlham Mirzəyev də var idi. Həbs barədə açıqlmada bildirilirdi ki, Ilham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların onun tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham olunaraq hökm oxunub. Hökmə əsasən İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “Space” telekanalında “Etiraf” verilişinin aparıcısı olan Ilham Mirzəyev eyni zamanda, baxıcılıqla məşğul olurdu. Bundan başqa, teleaparıcıya məxsus “IlhaMed” adlı klinikanın qanunsuz fəaliyyətilə bağlı xəbərlər yayıldı. Məlumatlarda o da bilidirirlirdi ki, klinikaya Ilham Mirzəyevin həyat yoldaşı Ramilə Mirzəyeva rəhbərlik edirmiş.

“Əjdaha” ləqəbli müğənni Nadir Qafarzadənin “Ford Boyard” verlişində “məşhur” qışqırığının əks-sədası hətta erməni mətbuatından da gəldi. Ermənilər müğənninin “çıxışı”ndan istifadə edərək azərbaycanlıların simasını “göstərməyə” çalışdılar. “Əjdaha” müğənni ilin sonuna yaxın daha bir qalmaqallı açıqlma verdi: “Vəsiyyət etmişəm ki, öləndə molla olmasın. Məndən inciməsinlər, amma son zamanlar görürəm ki, mollalar məclislərdə şou yaradırlar. Şou əhli kənarda qalıb, bunlar şou çıxarırlar. Duzsuz, dəxlisiz atmosferi görəndə istəmərəm ki, mən öləndə o cür hörmətsizlik olsun” - deyə müğənni mollaları qıcıqlandıran sözlər deyib.

Bu il müğənnilər Qədir Qızılsəslə Cavad Rəcəbov arasında da ciddi qalmaqal yaşandı. Televerilişlərin birində adlarını çəkdiyimiz müğənnilər studiyada canlı efir zamanı bir-birilərini ağır ifadələrlə təhqir etdilər. Bu qalmaqala səbəb Rəcəbin Qədir Qızılsəsə salam verməməsi olmuşdu.

Bu ilin şou xəbərlərindən bəlkə də ən uğurlusu rəqqasə Oksanan Rəsulovanın ölkəmizi layiqincə təmsil edərək Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasında qalib gəlməsi oldu. Qeyd edək ki, Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan “Maharakshak Aryan” serialında rol alıb. Serial yarışma layihəsi gedərkən lentə alınıb. Bu arada bir məlumatı da qeyd etmək istərdik: rəqqasə “Yeni Müsavat”ın əməkdaşları ilə razılaşdırılmış müsahibəyə gələrkən avtomobil “qəzası”na uğramışdı. Söz verib müsahibəyə gələrkən “yol”da “qəza”ya uğrayan təkcə Oksana xanım deyil…

Bu yaxınlarda tele-aparıcı Mətanət Əliverdiyevanın canlı yayımda “şpaqat” açması da xeyli müzakirə olundu. ATV kanalının “Gündəlik” verilişində aparıcı rəqs sonrası özünün “şpaqat” bacarığını nümyiş etdirməklə mətbuatın gündəmini günlərlə məşğul etdi. Aparıcının bu hərəkəti zalda olan tamaşaçılar tərəfindən alqışlansa da, mətbuatda və sosial şəbəkələrdə tənqidlə qarşılandı. Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli aparıcının hərəkətini “fokus” adlandırıb narazılığını bildirdi. Aparıcının bu hərəkətinin ardınca ANS TV-də yayımlanan “Günə Baxan” verlişində aktrisa-aparıcı Telli Hüseynova “şpaqat” açdı. Ola bilsin ki, üzümüzə gələn yeni ildə “şpaqat” açanların siyahısı bir az da böyüsün.

İlin sonlarına yaxın daha bir qalmaqal müğənni Elza Seyidcahanla bağlı oldu. Onun deputat olmaq istəyi xeyli səs-küy yaradan açılama və reaksiyalarla yadda qaldı. Müğənni müsahibələrinin birində demişdi ki, bəzi icra başçıları ona “səndən yaxşı depotat olar” deyiblər. Bu açılamadan sonra musavat.com bir sıra icra hakimiyyəti rəsmiləri arasında sorğu keçirmişdi. İcra hakimiyyətlərindən E.Seyidcahanın deputatlıqla bağlı dediklərinə sərt cavablar verilmişdi.

Yeni ildə “nələr” olacaq, inşallah yaşayıb görəcəyik.
Xəbəriniz olsun

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

Facebook