Tramp müsəlmanların ABŞ-a girişinə qadağa qoyur

25 yanvar 2017
Tramp müsəlmanların ABŞ-a girişinə qadağa qoyur
Qərb KİV-lərinin məlumatlarına görə ABŞ prezidenti Donald Tramp bu gün seçkiqabağı populist vədlərini həyata keçirmək üçün qalmaqallı fərmanlar imzalayacaq. Adının açıqlanmasını istəməyən rəsmilərin mətbuata verdiyi bilgiyə görə D.Tramp Meksikayla sərhədə divar çəkilməsi və müsəlmanların ölkəyə miqrasiyasına qadağayla bağlı sənədlərə imza atacaq.

«The New York Times» qəzeti yazır ki, D.Tramp Suriya, İraq, Əfqanıstan, Somali və «terrora meylli» başqa ölkələrdən gələn müsəlman miqrantlara viza verilməsini, ən azı, müvəqqəti yasaqlayacaq. Bundan başqa, yeni prezidentin «Müsəlman Qardaşlığı» təşkilatını terrorçu qrupların siyahısına salacağı, Quantanamodakı bazanın açıq saxlanması, gizli həbsxanaların bərpası və dindirilmə üsullarının genişləndirilməsi məsələlərinə baxacağı gözlənir. Gizli həbs və dindirmə mərkəzlərini keçmiş prezident Barak Obama 2009-cu ildə, prezidentliyinin ilk həftəsində bağlatdırmışdı.

D.Tramp özü də dünən Twitter səhifəsində sabahkı günün böyük gün olacağını, milli təhlükəsizliklə bağlı qərarlar veriləcəyini yazıb.

Müsəlman qaçqınların məsələsinə gəlincə, Ağ evdən verilən məlumata görə, prezident dünyanın ən çox zərər görmüş ölkələrindən gələnlərə viza verilməsiylə bağlı onillik proqramı dayandırmaq, sonra isə bu proqramı məhdudlaşdırmaq və viza şərtlərini çətinləşdirmək niyyətindədir. Yəni, qadağa bir neçə ay sürəcək, hökumət miqrantlarla bağlı ciddi araşdırma proqramı hazırlayandan sonra aradan qaldırılacaq.

Rəsmilər yalnız təqibə məruz qalmış dini azlıqların miqrasiyasına böyük əngəllərin olmayacağını deyirlər. D.Trampın bu planları hüquq müdafiəçilərinin, miqrantların haqlarını qorumağa çalışan təşkilatların tənqidinə səbəb olub. Onlar bu ayrıseçkiliyin ABŞ-ın bütün miqrantlara bərabər münasibət göstərmək ənənəsini pozduğunu deyiblər.

Birləşmiş Ştatlardakı Milli Miqrasiya Qanunu Mərkəzinin direktoru Marielena Hincapié yeni qanunun açıq-aşkar müsəlmanlara qarşıyönəldiyini və bunun utancverici olduğunu söyləyib. 2015-ci ildə terrorçular Parisə hücum edəndə, D.Tramp heç bir sübut göstərmədən ABŞ-a da minlərlə terrorçu müsəlmanın doluşduğunu demişdi.

Keçən il B.Obama administrasiyası qaçqın böhranının önləməkdən ötrü miqrasiya proqramını genişləndirib. B.Obama ölkədə 85 min qaçqının yerləşdirilməsinə icazə verib, terrorun qarşısını almaq məqsədilə suriyalılarla bağlı yoxlamaları artırsa da, 10 min yerin suriyalılara ayrılması barədə xüsusi göstəriş verib. B.Obamanın təsdiqlədiyi proqrama əsasən, bu il ABŞ daha 110 min qaçqından ötrü sığınacaq olmalıydı. D.Tramp onların sayını 2 dəfədən də çox azaldacağını – 50 min qaçqının miqrasiyasına icazə veriləcəyini bildirib. (“Azadlıq” radiosu)
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook