Lənkəranda məktəbli faciəsi: Qələmi zarafatla sinif yoldaşına atdı, göz bəbəyi dağıldı, yerli xəstəxana yaralını götürmədi...

26 yanvar 2017
Lənkəranda məktəbli faciəsi: Qələmi zarafatla sinif yoldaşına atdı, göz bəbəyi dağıldı, yerli xəstəxana yaralını götürmədi...
Lənkərandakı 8 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəbin 9-cu sinif şagirdlərinin bir-biri ilə zarafatlaşması acı nəticənlənib. Belə ki, sinif yoldaşının atdığı qələm Əliyev Zahid İdris oğlunun gözünə batıb. Nəticədə onun göz bəbəyi dağılıb. Yaralı Lәnkәran rayon Xәstәxanasına aparılıb, lakin hәkimlәr onu qəbul etməyib.

Masallı rayon xәstәxanasında da inkar cavabı alan yaxınları Zahidi Bakıya gətiriblər.

“Qafqazinfo” 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimovla əlaqə saxlayıb. Direktor bildirib ki, hadisə dərsdən sonra zarafat əsnasında baş verib:

“Uşaqlar qonşudurlar və dərsdən sonra evə gedən zaman zarafatlaşıblar. Bu vaxt qələm Zahidin gözünə batıb. Biz məktəb kollektivi olaraq şagirdimizlə maraqlanırıq. Yanına da getmişik, zəng də edirik. Onların ikisi də çox yaxşı oxuyur. Seçilən şagirdlərimizdəndir. Digər uşaqla bağlı müəyyən tədbirlər görüləcək, töhmət alacaq. Məndə olan məlumata görə, bu gün həmin uşaqlar telefonla da danışıb. Aralarında hər hansı bir düşmən münasibəti yoxdur. Sadəcə zarafat olub”.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook