İcra başçısı öz köməkçisindən niyə çəkinir? – “Köməkçi “Qəmlo”nun adamıdı bəy, hər addımımızı güdür...”

29 yanvar 2017
İcra başçısı öz köməkçisindən niyə çəkinir? – “Köməkçi “Qəmlo”nun adamıdı bəy, hər addımımızı güdür...”
Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəzəbinə tuş gəlib.

Savash.org-a bunun səbəbləri haqda danışan mənbənin sözlərinə görə, Cəlilabad RİH başçısının son vaxtlar özünü “müstəqil” aparmağa cəhdlər etməsi Kərəm Həsənovu qeyzləndirib: “Məlum olduğu kimi, Cəlilabad rayonu qeyri-rəsmi olaraq Kərəm Həsənovun kurasiyasındadır. Elə rayonun icra başçısı Əziz Əzizov da onun inanılmış kadrlarından sayılır. Ancaq Əziz Əzizovun son vaxtlar komitə sədrilə əvvəlkindən daha az hesablaşmağa cürət etməsi tərəflər arasında narazılığı pik həddə çatdırıb”.

Mənbə Savash.org-a onu da söyləyib ki, indi Kərəm Həsənov icra başçısından daha çox, onun köməkçisi Malik Şərbətova inanır: “Malik Şərbətov əslində bu posta məhz icra başçısına nəzarət etmək üçün gətirilib. O, Kərəm Həsənovun inanılmış adamlarındandır. Bu faktın təsdiqi kimi yalnız bir məqamı xatırlatmaq yerinə düşər ki, Malik Şərbətovun bir oğlu Kərəm Həsənovun köməkçisi, digər oğlu isə onun rəhbərlik etdiyi komitədə şöbə müdiri vəzifəsində çalışır”.

Əldə etdiyimiz informasiyaya görə, Əziz Əzizov çoxdandır ki, bəzi işlərindən köməkçisinin xəbəri olmaması tədbirləri üzərində çalışır. Bu məqsədlə icra başçısı bəzi “mühüm işləri” xidməti otağında deyil, rayondakı özünə məxsus restoranda reallaşdırır. Belə ki, köməkçisinin xəbər tutmaması üçün “mühüm qəbulları” və “əlverişli söhbətləri” gecə saatlarında restoranda təşkil edən Əziz Əzizov bununla Kərəm Həsənovun xəbəri olmadan müəyyən projelərə imza atıb.

Gecə saatlarında restoranda baş tutan ənənəvi “qəbulllar”dan birində isə Əziz Əzizov niyə belə etdiyini məşhur Azərbaycan filmindən çox populyar sitatı gətirməklə izah etməyə çalışıb: “Köməkçi “Qəmlo”nun adamıdı bəy, hər addımımızı güdür”.

Cəlilabad RİH başçısının Kərəm Həsənovdan gizlin hansı işləri həyata keçirməsi haqda isə növbəti yazımızda bəhs edəcəyik.

Orxan
Savash.org
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook