“Nar” yüksəksürətli 3G və 4G şəbəkəsini genişləndirməyə davam edir

30 yanvar 2017
“Nar”  yüksəksürətli 3G və 4G şəbəkəsini genişləndirməyə davam edir
“Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün ölkə ərazisində 2272 sayda 3G və 614 ədəd 4G (LTE) baza stansiyası quraşdırılmışdır. Beləliklə, “Nar” 5916 ədəd baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir.

Bundan əlavə, “Nar” operatorunun gücləndirilmiş və genişləndirilmiş 4G (LTE) şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin ümumi sayı 120 000-dən çoxdur.

“Nar” öz genişləndirilmiş şəbəkəsi ilə hər bir abunəçinin tələblərinə uyğun olan müxtəlif tariflər və internet paketləri təklif edir. Abunəçilər sərfəli qiymətlərlə daha çox çeşidli mobil rabitə və internet xidmətlərindən istifadə edə bilirlər. Mobil operator tamamilə yeni “3-ü 1-də aylıq” tarifini bir müddət öncə təqdim etmişdir. Bu tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər.

“3-ü 1-də aylıq” tarifi və mobil operatorun internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Xəbəriniz olsun

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

24.05.2018 - Paşinyan general Movses Akopyanı qovdu

24.05.2018 - Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

24.05.2018 - Gəncə Dövlət Universitetində məzun günü- FOTO

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

23.05.2018 - "Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli

Facebook