Mübariz Mənsimov özünə şər atırmış, Trampla olan fotoları saxta çıxdı - FOTOŞOP

30 yanvar 2017
Mübariz Mənsimov özünə şər atırmış, Trampla olan fotoları saxta çıxdı - FOTOŞOP
Ötən gün “Qafqazinfo”da “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun ABŞ prezidenti Donald Trampla görüşünü əks etdirən məlumat və fotolar yayımlanmışdı.

Sayt bu gün açıqlama yayıb ki, sözügedən xəbər və fotolar sayta “Palmali”nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu tərəfindən göndərilib. Xəbər yerləşdirildikdən sonra məlum olub ki, təqdim olunan fotolardan ikisi fotoşopla hazırlanıb və Trampla Mənsimov “yan-yana gətirilib”.

Sözügedən fotolar müzakirələrə səbəb olub və bu saxtakarlıq sosial şəbəkələrdə pislənilib. Saytın məsələ ilə bağlı şirkətə müraciət etməsinə baxmayaraq, həmin fotoların orijinal olduğunu iddia ediblər. Lakin “Qafqazinfo” fotonun haqlı olaraq etirazla qarşılandığını nəzərə alıb və onu saytdan silib.

Bununla yanaşı, sayt "Palmali" şirkətinin rəhbərliyini məsuliyyətli olmağa çağırıb və yanlışlığa görə oxuculardan üzr istəyib.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook