İcra başçısı Cocuq Mərcanlıda: Alı Alıyev kənddə görüş keçirdi

06 fevral 2017
İcra başçısı Cocuq Mərcanlıda: Alı Alıyev kənddə görüş keçirdi
Füzuli RİHB Alı Alıyev bir qrup rayon ictimaiyyətinin nümayəndəsi ilə birgə Cocuq Mərcanlı kəndində olub

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, ”Dövlət məmuru xalqın xirdmətçisidir” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, növbəti səyyar-qəbul görüşdən əvvəl bir qrup rayon ictimaiyyətinin nümayəndəsi ilə birgə 1994-cü ildə işğaldan azad olunmuş, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 02-05 aprel döyüşləri zamanı yaşayış üçün təhlükəsizliyi tam təmin olunmuş Cocuq Mərcanlı kəndində olmuş, 1994-cü ildən həmin kənddə yaşayan Həziyev Oqtay Əbil oğlunun ailəsinə baş çəkmişdir. Alı Alıyev Prezident cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndində 50 evin və infrastrukturun bərpa olunması barədə imzaladığı Sərəncamı yüksək qiymətləndimiş, bunun işğal olunmuş torpaqlara Böyük qayıdışın başlanğıcı olduğunu vurğulamışdır.
Sonra Alı Alıyevin düşmənlə təmas xəttində yerləşən Əhmadalılar, Qazaxlar və Mirzənağılı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Səyyar-qəbul görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Qeyd edib ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin işıq, su, qaz və yol ilə bağlı problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul-görüşlərdə Alı Alıyev Prezident cənab İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə Fərmanından irəli gələn məsələlərdən bəhs edib. Bildirib ki, ölkə başçısının məlum Fərmanı məcburi köçkünlərin sosial-iqtisadi müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addımdır. Əhmədalılar, Qazaxlar və Mirzənağılı kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edən Alı Alıyev qeyd edib ki, artıq bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək vəsaiti özləri istədikləri formada istifadə edəcəklər. Yəni hər bir məcburi köçkün ailəsi özü hesablamalıdır ki, həmin puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə qədər xərcləyəcək. Bu istiqamətdə yerlərdə məcburi köçkünlər arasında maarifləndirmə və izahat işlərinin aparılmasının vacib olduğunu cənab Alı Alıyev xüsusi vurğulamışdır.
Alı Alıyev həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyani və pay torpaqlarından səmərəli istifadə etməyi tövsiyyə edib.

Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook