Əli Kərimli ilə İsa Qəmbər məşhər ayağına çəkilir: AXCP və Müsavatda həbslər olacaq – SAXTA MÜHACİRLƏR

24 fevral 2017
 Əli Kərimli ilə İsa Qəmbər məşhər ayağına çəkilir: AXCP və Müsavatda həbslər olacaq – SAXTA MÜHACİRLƏR
Məlum olduğu kimi, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Bu barədə mediaya qısa məlumat verən Arif Hacılı bildirib ki, onlar Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə şahid qismində dindirilmək üçün çağırılıblar: “Mühacirətdə olan azərbaycanlılarla bağlı məsələdir. Rəsmi dəvət gəldiyinə görə fevralın 27-də Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olacağıq”.

Baş Prokurorluğa rəsmi dəvətin konkret səbəblərinin detalları haqda isə ətraflı məlumat verilməyib.

Mövzuyla bağlı Savash.org-un özəl kanallarla əldə etdiyi məlumatda isə hüquq-mühafizə orqanlarında son illər Avropa ölkələrindən siyasi sığınacaq almış Azərbaycan vətəndaşları ilə bağlı geniş araşdırmaya start verilib: “Son illər ölkə vətəndaşlarının kütləvi şəkildə Azərbaycanı tərk edərək xarici ölkələrdən sığınacaq alması rəsmi qurumları hərəkətə gətirib. Sirr deyil ki, Avropa ölkələrinə sığınmağın ən rahat yolu isə Azərbaycandakı müxalifət partiyalarının birinin üzvlüyü, kütləvi aksiyalarda iştirak, döyülmə faktlarlıdır. Etiraf edək ki, bəzən ümumiyyətlə siyasi proseslərə qoşulmamış şəxslər də hansısa yollarla özünü “müxalifətçi” kimi təqdim edərək Avropa ölkələrindən siyasi sığınacağa nail olub. Görünür, indi bu kimi şəxslərin partiya üzvü olub-olmadığı, ümumiyyətlə saxta arayışların mümkünlüyü ehtimalı araşdırılır”.

Prosesin yalnız Müsavat partiyası ilə yekunlaşmayacağını düşünən mənbəmizin sözlərinə görə, bunun ardınca AXCP sədri Əli Kərimli də izahat üçün Baş Prokurorluğa dəvət edilə bilər.

Azərbaycan reallıqlarını nəzərə alaraq prosesdən müxalifətə qarşı təzyiq elementi kimi yararlanıla biəcəyi də istisna edilə bilməz. Prosesin hətta Müsavat və AXCP-də həbslərə qədər irəliləyəcəyi də mümkün görünür.

Orxan
Savash.org
Xəbəriniz olsun

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

Facebook