Alın yazımızdan “silinən” xoşbəxtlik

27 fevral 2017
Alın yazımızdan “silinən” xoşbəxtlikXaqan RUHİ

Babamla danışdığım həmin günün üstündən illər keçib, amma babamın dediyi o sözlər ilk günkü kimi qulağımdadır. Elə bil, dünən danışmışıq bu gün ölüb, babam. O vaxtlar indiki musiqi mərkəzləri filan yox idi, bildiyimiz Sovet maqnitofonları idi, işıq sönən kimi də kaset ilişib qalırdı maqnitofonun içində.
Günlərin birində babama uşaq ağlımla sual vermişdim ki, bəs, bu alın yazısı var ha, onu Allah alına yazırsa, elə adam var səksən il, yüz il yaşayır bu illər ərzində olacaqları alına necə sığışdırır axı? Babam da heç qoymamışdı ki, şirin söhbətimizin arasını sükunət vursun. Qayıdıb demişdi ki, Allahın yazdığı hər hərf bir mənanı verir bala, baş açmaq olmaz.
İndi - 20 yaşdan sonra telefon zənglərində biraz kədər olur, daha "baban da sənə salam deyir" cümləsini eşitmək istəsən də eşitmirsən. Daha o uşaq ağlımla düşündüyüm sualların cavablarını tapmışam, fəqət nə qədər qaçsam da özümə çatmağa yenə də biraz qalmış tənginəfəs yıxılıram yerə. Daha bütün suallara “baba izahatı” olmadan özüm cavab tapmalıyam, işin zor tərəfi həm də budu...
Hərdən onu da düşünürəm ki, görəsən, bizim milləti bugünə salmaq kimin, kimlərin və ya hansı dairələrin marağına xidmət edir? Başına gələnlər, gətirilənlər millətimin alın yazısıdır, yoxsa dünya güclərinin fitnə-fəsadı?
7-ci əsrin quru Ərəbistan çölləriylə indiki Azərbaycanın tək fərqi ondadır ki, orada cansız bütlərin önündə əyilirdilərsə, indi əksinə, canlı və qalstuklu bütlərə sitayiş etməsən, adamın alnına yazılan azsaylı xoş günləri də silərlər...
Avropada kitabxanlar və mədəniyyət evləri çoxladıqca biz də sanki acığa düşərək qəlyanlarımızın tütününü bol eləyirik. Rəsmi təbliğatda isə hər şey qaydasındadı: “Təhsilimiz, səhiyyəmiz davamlı inkişaf yolundaymış...”
Əsrlər öncəylə bu gün arasında Azərbaycanda o qədər az şey dəyişib ki, Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin, Ələkbər Sabirin əsərlərini oxuyanda adama elə gəlir ki, hansısa dünənki ya bugünkü olaya yazılıb. Eynən dünənki haldayıq: “müsülman milləti”yik, rus dilliyik və qazımız da evimizi yox, kilsələri qızdırır...
Xəbəriniz olsun

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

Facebook