Həkim maşınla piyadanı vurub öldürdü

30 dekabr 2014

Balakəndə həkim maşınla piyadanı vurub öldürdü

Balakən rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 29-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 137-ci kilometrliyində, Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü, Balakən rayon sakini Elşən Sahib oğlu Kərimov idarə etdiyi “Toyota Prado” markalı 90 VF 141 dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü, Balakən rayonunun Katex kənd sakini Abdulsaleh Sədrəddin oğlu Xodayevi vurub.

Qəzadan sonra müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Abdulsaleh Xodayev sürücü Elşən Kərimov tərəfindən digər bir avtomobillə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. Məlumatda bildirilib ki, sürücü Elşən Kərimov Balakən RMX-nın həkimidir. Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Xəbəriniz olsun

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

Facebook