"Arvadım dedi, uşaq səndən deyil, taxta ilə başını əzdim" - Bakıda müəllimənin dəhşətli qətli

10 mart 2017
"Arvadım dedi, uşaq səndən deyil, taxta ilə başını əzdim" - Bakıda müəllimənin dəhşətli qətli
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində taxta ilə döyərək öldürməkdə təqdirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçənin hüquqi varisi – qadının qardaşı məhkəməyə 2 min manat mülki iddia təqdim edib. Hakim mülki iddia ərizəsinin işə qəbul olunduğunu, məhkəmə istintaqı dövründə bu məsələnin müzakirə ediləcəyini bildirib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Namiq Ələkbərzadə ittiham üzrə özünü təqsirli bilib. Ona məhkəmdə sərbəst ifadə vermək təklif olunsa da, o, istintaqa verdiyi ifadənin qəbul edilməsini istəyib:

"Həmişə onu ötüşdürürdüm, yoldaşımın biraz çatışmazlığı var idi. Tez-tez mübahisələr düşürdü. Həmişə onu yola vermişəm. Hadisə günü də qayınanam bizə gəlmişdi. Evdə söz-söhbətdən xəbərdar idi. Mənim nə qaynatamdan, nə də qaynımdan narazılığım yoxdur. Onlarla heç bir problemin olmayıb, sağolsunlar".

“Beynim çöndü, iki-üç zərbə vurdum”

İfadəsini davam edən təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib: "Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orda dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, “bala, yola ver”. Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O, dayanmadı, beldən aşağı şöyüşlər söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum".

“Gözləyirdim ki, uşaqlar biraz böyüsün"

Prokuror və hakimlərin suallarını cavablandıran N. Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb: "Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiya olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar biraz böyüsün".
Zərərçəkmişin hüquqi nümayəndəsi ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilənə səmimi olmadığını deyib. N.Əkbərzadə isə aqressiv cavablar verib. Hakim hər iki tərəfi sakitləşdirib.
N. Əkbərzadə suallara cavab verən zaman deyib ki, yoldaşını üzbəüz vurub: "Yuxudan oyatdım, sözümü dedim. Suallıma cavab aldım. Taxtayla başını partlatdım. Taxtanı da üstünə atdım. Belə də ki, yaxşı eləmişəm".
Zərərçəkmiş şəxsin nümayəndəsi bildirib ki, onlarda təqsirləndirilən şəxsin həyat yoldaşını yatdığı yerdə vurduğu ilə bağlı rəy var.
Hakimin həyat yoldaşının xəyanətindən şübhələnib-şübhələnmədiyi barədə sualına N.Əkbərzadə belə cavab verib: “Bu barədə danışmaq istəmirəm. Əgər çox maraqlıdısa bir siz, bir də prokuror olsun, danışım".

“Bacım da onun telefonunda başqa qadınlarla danışıqlarını tutmuşdu”

Daha sonra ölən qadının qardaşı Əli Hüseynov dindirilib. O, ifadəsində bildirib ki, bacısı 9 il bundan öncə evlənib: "Onlar daha sonra Rusiyaya köçdülər. Uzun müddət orda qaldılar. Sonra ikinci uşaq olan zaman Dilarəni Bakıya göndərdi. Ondan sonra bunların münasibətləri yavaş-yavaş pisləşdi. Dalaşmağa başladılar. Aralarında pul məsələsi də düşmüşdü. Bacım da onun telefonunda başqa qadınlarla danışıqlarını tutmuşdu. Telefonda səs yazıları da var ki, Namiq bacımı söyür təhqir edir. Hətta Bakıya gəlib onu öldürücəyi haqqında da səs yazıları var. Burda yalandan deyir ki, bacımda çatışmazlıqlar olub. Bu, ağ yalandır. Bacım da ondan ayrılmaq istəyirdi. Dilarə Nizami rayon Məhkəməsinə boşanmaq haqqında ərizə vermişdi. Lakin oturduq məsləhətləşdik, dedik ki, onsuz Namiq Rusiyada yaşayır, uşaqların var. Sonra ərizəni geri götürdük".
Hüquqi varis hadisə günündən danışıb: "Səhər zəng gəldi ki, Namiq Dilarəni öldürüb. Ora getdik, uşaqlar boynunu büküb durmuşdu. Hazırda uşaqlar mənimlə bir yerdə yaşayır. Məni yandıran odur ki, yalan və ağzına gələni danışır. Heç zaman Namiqlə münasibətim yaxşı olmayıb. Sadəcə bacımın əri olub, uşaqlarının atası kimi gəlib gedib. Çox kompleksli adamdı. Narkotik maddə istifadəçisi olduğu üçün münasibətim pis idi. İndidə bacıma böhtan atır. Ağır cəzalansın".

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Namiq Əkbərzadə barəsində keçirilən ekpertiza rəyinə görə, o, nə narkotik maddə, nə də spirtli içki aludəçisi olub.
Proses martın 16-da davam edəcək.

Qətl hadisəsi ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğalaın sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllimə işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub.

Rəşad VAQİFOĞLU
Xəbəriniz olsun

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

18.09.2017 - Merkel Türkiyəyə ultimatum verdi

18.09.2017 - "Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu

18.09.2017 - Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18.09.2017 - Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq

Facebook