Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu

10 mart 2017
Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu“Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə ş. 4 saylı orta məktəbin yanında tikdirdiyi villası “hökumət iqamətgahı”, “qonaq evi” kimi qələmə verilsə də, əslində bunun belə olmadığı hər kəsə bəllidir”.
Savash.org xəbər verir ki, bu barədə dia.az-a məlumat verir: “ənbə bildirir ki, əslində Elmar Vəliyevin şəxsi mülki olan həmin villa sonradan yaxınlıqda yerləşən və sökülən hərbi hospitalın həyətinə birləşdirilərək əsl malikanə halını alıb. Qaynaq dia.az-a yazır: “Villa və malikanə aludəçiliyi ilə seçilən Elmar Vəliyevin Gəncənin mərkəzində bu ölçülərdə villanı hansı pulla tikdirməyini sual verməyə ehtiyac yoxdur. Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da”.
Qeyd edək ki, Elmar Vəliyevin villası ilə bağlı bu günlərdə də yerli KİV-lərdə ilginc iddialar səsələnmişdi. Deyilirdi ki, vətəndaşların əmlak hüquqlarına qəsdi ilə ad çıxaran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “gözə” gələcəyindən narahat olub. Belə ki, bir müddət öncə gununsesi.info-nun verdiyii məlumata görə, belə ki, icra başçısı rəhbəri olduğu şəhərdə özü üçün inşa etdirdiyi villasının qapısında “göz muncuğu” asdırıb: “E. Vəliyevin evinin qabağından keçən insanlar isə bunu sadəcə, təbəssümlə və istehza ilə qarşılayırlar. Çünki onun yaşadığı villanı hansı pullarla inşa etdirdiyi kimsəyə də sirr deyil. Hətta, bu azmış kimi qonşularının onun həyətinə bitşik torpaq sahəsini də ələ keçirən icra başçısı onlara vəd etdiyi kompensasiyanı belə verməyib.
İcra başçısının villasından həmin görüntüləri təqdim edirik:
Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu
Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook