Kərəm Həsənov üçün cəza batalyonu – Sosial evlər layihəsi…

10 mart 2017
Kərəm Həsənov üçün cəza batalyonu – Sosial evlər layihəsi…
Komitə sədri milyonlarla manat məbləğində “cərimələndi”

Daşınmaz Əmlak Komitəsinin sədri Kərəm Həsənov hakim elita tərəfindən sərt şəkildə cəzalandırılıb. Bu barədə cumhuriyyet.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, K.Həsənovun cəzalandırılmasına səbəb onun son bir ildə “yuxarıları” bir neçə dəfə aldatmağa cəhd etməsi, həm “MTN işi”, həm də digər məsələlərlə bağlı hakimiyyətə məqsədli şəkildə yalan danışması olub. “MTN işi” meydana çıxan gündən sabiq nazir Eldar Mahmudovla şərikli biznesə malik olduğunu ciddi-cəhdlə inkar edən komitə sədrinin, sonrakı dönəmlərdə daha bir neçə milyonluq layihəyə bağlılığını danması hakimiyyəti hərəkətə gətirib. Belə ki, K.Həsənovla bağlı yığılıb qalan narazılıqlar bu günlərdə komitə sədrinin cidid şəkildə cəzalandırılması ilə nəticələnib.
Komitə sədri tikinti şəhərciyinə sürgünə göndərilir…
K.Həsənovun uzun müddətdir ki, dövlət büdcəsinə, “ümumi katyola” çatası vəsaitləri dədə malı kimi mənimsəməsindən cana doyan hakim elita, sosial təminatı aşağı olan şəxslər üçün inşa edilən sosial evlər layihəsinin gerçəkləşdirilməsini komitə sədrinin üzərinə qoyub. K.Həsənova bildirilib ki, məlum layihənin başa çatdırılması ona həvalə edilir və o, bu layihəni bir gün belə gecikdirmədən yüksək keyfiyyətlə təhvil verməlidir.
Mənbənin sözlərinə görə, “durduğu yerdə” tikinti şəhərciyinə sürgün edilməsi, milyonlarla manat məbləğində cərimələnməsi komitə sərinin ciddi narazılığına səbəb olsa da, K.Həsənov öz narazılığını yumşaq formada belə ifadə etməyə cəsarət tapmayıb. Sosial evlər layihəsinin başa çatdırılması üçün əlindən gələni edəcəyini bildirən komitə sədri vəziyyətdən çıxmaq üçün maraqlı üsula əl atıb.
Kərəm Həsənov xalqı ona verilən cəzaya şərik etməyə çalışır…
Bilgili qaynağın cumhuriyyet.az-a bildirdiyinə görə, hər zaman olduğu kimi bu dəfə də vəziyyətdən şəxsi büdcəsinə ziyan vurmadan çıxmağa çalışan komitə sədri, məlum cəzanın ardınca əhalinin kütləvi narazılığına səbəb olan əcaib yeniliyə əl atıb. Belə ki, əhalidən yığılan qeyri-qanuni rüsumların sayını 2-3 dəfə artıran K.Həsənov, xalqı ona verilən cəzaya şərik etmək niyyətindədir. Komitə sədrinin əsas məqsədi sosial evlər layihəsini xalqın son qəpiyini əlindən almaq hesabına reallaşdırmaq, öz ailə imperiyasına məxsus sərvəti qorumaqdır. Komitə sədri hesab edir ki, önəmli olan ona verilən cəzanın tələbini yerinə yetirməkdir. Bunun hansı yola yerinə yetirildiyi hakim elita üçün önəmli olmayacaq, amma…
Komitə sədri daha ciddi cəza ilə üzləşə bilər…
Mənbə hesab edir ki, özünü vəziyyətdən çıxartmaq üçün komitə sədrinin qeyri-qanuni ödənişlərin miqdarını dəfələrlə artırması, nəticədə ağır sosial-iqtisdi dönəmdə xalqı hakimiyyətlə üz-üzə qoyması onun indikindən daha sərt şəkildə cəzalanması ilə nəticələnə bilər. Çünki K.Həsənovun “hamam suyu ilə dost tutmaq” cəhdi mahiyyət etibari ilə cəmiyyətin mövcud idarəetmə sistemindən narazılığına səbəb olacaq. Bu isə komitə sədrinin öz şəxsi maraqlarını təmin etmək üçün hakimiyyəti növbəti dəfə çətin vəziyyətə salması, onu xalqla üz-üzə qoyması deməkdir. Hansı ki, bunun cəzası K.Həsənovun təxmin etdiyindən də ağır ola bilər.
Bundan başqa, sosial evlər layihəsinin timsalında cərimə batalyonuna göndərilən, hələ ki, yolun başında olan K.Həsənovun hər şeyi indidən əlinə, üzünə bulaşdırdığını nəzərə alsaq, onun bu sınaqdan üzüağ çıxacağı inandırıcı görünmür. Bu isə o deməkdir ki, K.Həsənov komitə sədri kreslosundan həmkarı Ziya Məmmədov kimi birbaşa evə göndərilə bilər. Lakin əlində gül, ətrafında çəpik sədaları olmadan…
Çingiz Coşqun
Xəbəriniz olsun

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

19.07.2018 - “Qarabağ”ın kapitanı komandanın növbəti rəqibi barədə

19.07.2018 - Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi

19.07.2018 - Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

19.07.2018 - Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama

19.07.2018 - Kremlin şok “oktyabr ssenarisi”: Gəncə işindəki silah və qaz gizlinləri

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

Facebook