Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi

17 mart 2017
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi
Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bayram münasibətilə Hordiz şəhərindəki Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilmişdir.
Bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon İcra Hakimiyyəti Aparatının işçiləri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları əvvəlcə Novruza aid adət-ənənələrini özündə əks etdirən sərgiyə baxıblar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranmış, nehrə çalxalanmış, sacda yuxa bişirilmişdir.
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildiTədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlamış, Novruz tonqalı alovlandırılmışdır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır.
Alı Alıyev milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışmış, Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən bəhs etmişdir.
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildiAlı Alıyev demişdir: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq yeddi ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.”
Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı getmişlər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürmüşlər. Kosa və keçəlin zarafatları, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırmışdır.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook