Ziya Məmmədov oğlunun əmlakına həbs qoyulmasından danışdı: “..məşğul olmuram”

27 mart 2017
Ziya Məmmədov oğlunun əmlakına həbs qoyulmasından danışdı: “..məşğul olmuram”
Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulmasıyla bağlı məsələyə aydınlıq gətirib. Gununsesi.info-nun əməkdaşı ilə telefon söhbətində sabiq nazir bildirib ki, bu barədə məsələdən xəbərsizdir: “Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.
Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub. Bu qərar “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.
Nəzərinizə çatdıraq ki, məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka (“Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), “Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A” ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki “Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5” ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub. Dekabrın 2-də verilən qərara görə, məhkəmə işi tamamlanadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.
Xəbəriniz olsun

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

Facebook