"Palmali" şefi FETÖ-çu ilə ortaq imiş... - İLGİNC

31 mart 2017
"Palmali" şefi FETÖ-çu ilə ortaq imiş... - İLGİNC
“Qalatasaray”dan sonra “Beşiktaş” klubu da FETÖ terror şəbəkəsi ilə bağlılığı olan üzvlərinin “təmizlənməsinə” başlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Beşiktaş”ın FETÖ ilə əlaqəsi olan qurultay üzvlərinin müəyyənləşməsi və klubdan çıxarılması üçün dövlətin uyğun qurumları ilə birgə hərəkətə keçib.

Məlumata görə, “Beşiktaş” FETÖ-çu yazar Ekrem Dumanlını üzvlükdən xaric etdikdən sonra qovulma növbəsi barəsində həbs qərarı çıxarılan və hazırda axtarışda olan iş adamı, klubun futbol şöbəsinin sabiq rəhbəri İhsan Kalkavana çatıb.

Qeyd olunur ki, “Beşiktaş” rəhbərliyi Kalkavanın klubdan çıxarılması prosedurunu maksimum qısa müddətdə yekunlaşdırmaq niyyətindədir. Sosial şəbəkələrdə adı FETÖ ilə bağlılıqda hallanan “Beşiktaş”lılar barəsində tədbirlərin görülməməsi klub rəhbərliyini tələsik davranmağa sövq edir.

Türkiyənin tanınmış iş adamı İhsan Kalkavan həm də azərbaycanlı milyonçu, xeyli müddətdir, qardaş ölkədə yaşayan Mübariz Mənsimovun yaxın dostu və ortağıdır. Xatırladaq ki, 2013-cü ilin dekabrında – FETÖ-nun ilk dəfə üzə çıxmasından sonra 17-25 dekabr çevriliş cəhdində Rza Zərrabla birlikdə həbsi gündəmə gələn Mənsimovun məhz Kalkavanın sayəsində azadlıqda qaldığına dair məlumatlar yayılmışdı. Onu da vurğulayaq ki, 2012-ci ildə Mənsimovun “Palmali” şirkəti Kalkavanın “Beşiktaş” Tərsanəsi ilə 200 milyon dollarlıq müqavilə imzalayaraq, işbirliklərini daha da gücləndirmişdilər.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook